Güneyli fəal Yürüş Mehralıbəyli saxlanılıb
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
İranın inzibati bölgüsündəki Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində yaşayan milli fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli saxlanılıb.
Turkustan.az xəbər verir ki, bu barədə onun ailəsinə yaxın mənbələr məlumat yayıb.
İranın rəsmi qaynaqları milli fəalın həbsi ilə bağlı açıqlama yaymayıblar.
Onun harada saxlanıldığı və həbs səbəbi məlum deyil.
Güney Azərbaycanın tanınmış milli fəallarından olan Yürüş (Ayət) Mehrəlibəyli 2023-cü ildə də ETTELAAT məmurları tərəfindən saxlanılmıdı.
O, 1979-cu ilin yanvarın 31-də Şərqi Azərbaycanın Xarvana rayonunun Qarlıca yaylağında anadan olub. Sonralar ailəsi Culfa şəhərinin Şuca kəndinə köçür. Bu kənddə böyüyən Yürüş Mehrəlibəyli tam orta məktəbi Ələmdar şəhərində bitirdikdən sonra Rəşt Universitetinin “Sənaye idarəçilik” ixtisasına daxil olur və buranı bitirir. Ardınca Tehranın Tərbiyət Müdərris Universitetinə daxil olaraq magistr dərəcəsini də başa çatdırır. Lakin onun doktorantura dərəcəsində təhsil almasına icazə verilmir.
İlk dəfə 2002-ci ilin 12 dekabr tarixinda Şəbistər şəhərində, prof. Məhəmmədtağı Zehtabinin məzarı üstə tutularaq bir aydan sonra azadlığa buraxılır. İki il sonra – 2005-ci ildə Bəzz (Babək) qalasında keçirilən mitinq zamanı yenidən həbs edilərək 2 ay saxlanılır. O, 2006-cı ildəki Xordad etirazlarında bir daha həbs olunur. 2010-cu ilin may ayında isə Güney Azərbaycan Milli Oyanış Hərəkatına (GAMOH) üzv olduğu üçün 9 ay həbsdə saxlanılmışdı. Bu müddətin 7 ayını təknəfərlik kamerada keçirib. Yürüş Mehrəlibəyli həbsdən azad edildikdən sonra orada yaşadığı günləri və işgəncələri “Qarçiçəyi” adlı kitabında qələmə alıb.
O, 2012-ci ildə “Yeni GAMOH” təşkilatının yaradılmasında ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilir, 5 il sonra isə şərti azadlığa buraxılır.
Baxış sayı:85
Bu xəbər 06 Yanvar 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















