Icma.az
close
up
RU
Güneyli fəaldan Ququşa cavab: Minlərlə türkü edam edən Pəhləvi...

Güneyli fəaldan Ququşa cavab: Minlərlə türkü edam edən Pəhləvi...

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda baş verən son proseslər artıq ölkə sərhədlərini aşaraq qlobal gündəmin əsas mövzularından birinə çevrilib.

Etirazların coğrafiyasının genişlənməsi fonunda xüsusilə Güney Azərbaycanın bu aksiyalara münasibəti diqqətlə izlənilir. Devrilmiş şahın oğlu Rza Pəhləvi ilə səslənən çağırışlara baxmayaraq, Güney azərbaycanlıların bu müraciətlərə müsbət cavab verməməsi diqqətdən yayınmır. Məhz bu həssas məqamda məşhur müğənni, Azərbaycan əsilli Ququşun (Faiqə Atəşi) Los-Ancelesdə keçirilən mitinqdə Pəhləvi ətrafında birləşməyə çağırışı İrandakı etirazlar fonunda yeni və geniş müzakirələr yaradıb.

“Cebheinfo.az” –a açıqlamasında xarici siyasət və beynəlxalq münasibətlər üzrə güneyli ekspert Məhsa Mehdizadə bildirib ki, pəhləvilər İran siyasi səhnəsində real dayağı və cəmiyyət daxilində geniş qarşılığı olmayan müxalif fiqurlardır:

“İranda baş verən etirazlara diqqət yetirdikdə, aydın görünür ki, bu proses təkmərkəzli deyil. Etirazların əsas mərkəzlərindən biri Təbrizdir, daha sonra Tehran və ərəb bölgələri gəlir. Burada söhbət yalnız etnik məsələ deyil, İranın yanlış siyasətlərindən zərər görən cəmiyyətin müxtəlif təbəqələri etiraz edir- qadınlar, kişilər, gənclər, işçilər və sosial baxımdan sıxıntı yaşayan kütlələr.

İqtisadi böhran, vətəndaşların siyasi təmsilçilikdən kənarlaşdırılması və diktatura rejiminin daxili problemlərə qulaq asmaq əvəzinə etirazları zorakılıqla boğması ölkəni dərin xaosa sürükləyib. Rejim müəyyən dövrlərdə etirazları basdırmağa nail olsa da, problem yerində qalır. İnsanlar müvəqqəti olaraq qorxu səbəbindən geri çəkilir, lakin problemlər həll edilmədiyi üçün bir müddət sonra etirazlar yenidən və daha sərt şəkildə baş qaldırır.

Pəhləvilər İran xalqları tərəfindən tarixən rədd edilib. Bu gün bəzi xarici qüvvələr, xüsusilə Qərb ölkələrinin mediası onları gündəmə gətirməyə çalışsa da, bu cəhdlərin İran daxilində real siyasi çəkisi yoxdur. Güney azərbaycanlılar arasında Pəhləvilərin, o cümlədən Ququşun (Faiqə Atəşi) heç bir nüfuzu və sözünün  əhəmiyyəti yoxdur”. 

Onun sözlərinə görə, Pöhləvi ciddi siyasi fiqur kimi qəbul edilmir:

“Güney azərbaycanlıların özlərinin paylaşdığı video və görüntülərə baxdıqda, açıq şəkildə görünür ki, etirazlarda “Azərbaycan milləti – azadlıq, ədalət, milli hökumət” tələbi ön plana çıxır və bu, Güney Azərbaycan mərkəzli siyasi iradənin ifadəsidir. Eyni zamanda, aksiyalarda “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarı səsləndirilir ki, bu da Pəhləvi rejiminin və onun simvollarının Azərbaycan cəmiyyətində necə qəbul edildiyini aydın göstərir.

Pəhləvilərlə birlikdə İranda azərbaycanlılara və ümumilikdə türklərə qarşı sistemli düşmənçilik 1925-ci ildən etibarən dövlət siyasətinə çevrilib. Güney azərbaycanlıların baxışına görə, 1979-cu ildən əvvəlki Tehran dövləti ilə indiki rejimin Güney Azərbaycana münasibəti mahiyyət etibarilə eynidir. Yəni Pəhləvi rejimi nə idisə, bugünkü rejim də odur. Bu halda Güney azərbaycanlıların Pəhləviləri dəstəkləməsi üçün heç bir səbəb yoxdur.

1946-cı ildə minlərlə azərbaycanlının edam edilməsində iştirak edən, Azərbaycan dilində nəşr olunan kitabları şəhərin mərkəzində yandıran, azərbaycanlı siyasi fəalları illərlə işgəncələrə məruz qoyan da məhz Pəhləvi rejimi olub. Bu tarix dəyişməyib və unutulmayıb. Ona görə də “Pəhləvilər birdən-birə necə yaxşılaşdı?” sualı Güney Azərbaycanda ciddi qəbul edilmir”.

O qeyd edib ki, İranda vahid, mərkəzləşdirilmiş müxalifət yoxdur:

“Etiraz mərkəzləri Tehrana bağlı deyil. Güney Azərbaycanın etirazları Təbriz mərkəzlidir. Bu, şüurlu və tarixi təcrübədən doğan bir mövqedir. Tarix boyu Tehran xaosa düşəndə, Təbriz ona dəstək verib, lakin hər dəfə ilk qurban verilən də Təbriz olub. Bu səbəbdən Güney Azərbaycan bu gün  öz mərkəzimənin mövqeyini ortaya qoyur və öz tələbləri ilə çıxış edir.

Ququşun Güney Azərbaycanda heç bir çəkisi yoxdur. O, Güney azərbaycanlılar üçün sadəcə gülünc fiqurdur. Cənubi Azərbaycan cəmiyyəti onu özünə yaxın hiss etmir. Ququş şovinist sistemin məhsulu və qurbanıdır. O, mədəni və mənəvi baxımdan azərbaycanlı deyil, bioloji olaraq azərbaycanlı ola bilər, amma ruhən deyil. Bu səbəbdən onun dediklərinin Güney Azərbaycan cəmiyyətində heç bir əhəmiyyəti yoxdur və onun ciddi qəbul olunacağını gözləmək sadəcə gülüncdür”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri