Güneyli fəalın meyiti Tehranda tapıldı
Sitat.info saytına istinadən Icma.az xəbər verir.
Tehran əyalətinin İslamşəhr şəhərində yaşayan və mayın 25-dən yoxa çıxan azərbaycanlı sosial media fəalı İlahə Hüseynnejadın meyiti tapılıb.
Sitat.info xəbər verir ki, bununla bağlı Tehran əyalətinin polis idarəsi məlumat yayıb.
Məlumata görə, sinəsində iki bıçaq yarası olan 24 yaşlı gəncin meyiti Tehran ətrafında aşkar edilib.
Polis İlahə Hüseynnejadın qətlə yetirildiyini və şübhəlinin saxlanıldığını bildirib.
Saxlanılan şəxs gəncin telefonunu oğurlamaq üçün onu idarə etdiyi taksi ilə şəhərdən qıraq yerə apardığını etiraf edib.
Polisin məlumatı yerli sosial media platformalarında narazılıqla qarşılaşıb, qətlin səbəbinin ört-basdır edildiyi bildirilib. Onlar İlahə Hüseynnejadın bundan əvvəlki etiraz aksiyalarında fəal olduğuna diqqət çəkib, onun qadın hüquqlarının pozulması ilə bağlı sosial mediadakı tənqidi yazılarına görə öldürüldüyünü deyiblər.
Qeyd edək ki, İlahə Hüseynnejad ailəsi ilə birgə İslamşəhrdə yaşasa da, əslən Şərqi Azərbaycanın Sərab şəhərindəndir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 07 İyun 2025 07:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















