Güneyli hərəkat rəhbəri DANIŞDI: Əgər Amerika bu məsələlərə qarışsa...
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son dövrlərdə İranın cənub bölgələrində baş verən etirazlar ölkə daxilində ciddi narahatlıqlar yaradıb.
İnsanlar sosial, siyasi və etnik haqlarının müdafiəsi üçün küçələrə çıxıblar, lakin rejim bu etirazları zorla yatırmağa çalışır. İnternet kəsintiləri, hərəkət məhdudiyyətləri və məlumat bloklanması vəziyyəti daha da çətinləşdirir.
Video və fotolar etirazların çoxluq və zorakılıq səviyyəsini göstərir, həlak olanların sayı minlərlədir.
Bu hadisələr yalnız bir şəhərin yox, bütün regionun diqqətini cəlb edib və xalqın öz kimliyini qorumaq istəyi ön plana çıxır.
Bu vəziyyətdə beynəlxalq müdaxilə rejimin davranışına necə təsir edə bilər və yerli xalq öz müqəddəratını qorumaq üçün hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Güney Azərbaycan Milli Oyanış Hərəkatının funksionerlərindən olan Ağrı Qaradağlı bildirib ki, rejim son dərəcə qəddardır və etirazları hər vasitə ilə yatırmağa çalışır:
"Məlumatlara görə, internet kəsilib, küçəyə çıxmaq təhlükəlidir. Hazırda yayılan xəbərlərin bir qismi dəqiqləşməsə də, video və fotolar vəziyyətin çox ağır olduğunu göstərir. Həlak olanların sayı haqqında müxtəlif rəqəmlər səsləndirilir: bəzi mənbələr 12 min, bəziləri 15 min, ən azı isə 7-8 min nəfərin öldüyü bildirilir. İnsanlara təkcə "kalaşnikov"lardan deyil, daha ağır silahlardan atəş açıldığı deyilir və bu, görüntülərdən də aydın görünür".
Onun sözlərinə görə, bu vəziyyətdə Trampın müəyyən açıqlamaları müdaxilə niyyətinin ola biləcəyini göstərir:
"Lakin ABŞ‑nin birbaşa müdaxiləsi rejimin özünə əlavə bəhanə verə bilər və bu da daha böyük cinayətlərə yol açar. Əgər ABŞ Xameneini birbaşa aradan qaldırsa, vəziyyət dəyişə bilər, amma əks halda xalq daha çox zərər görə bilər. Rejim özünə bağlı qüvvələri başqa bölgələrə yönəldə, şəhərləri bombalaya bilər".
Qaradağlı deyib ki, bizim istəyimiz şəhərlərimizdə kimliyimizi qorumaqdır:
"Burada söhbət rejim dəyişikliyi xəyalından, “molla getsin, şah gəlsin” düşüncəsindən getmir. Güneylilər olaraq məqsədimiz öz müqəddəratımızı həll etməkdir. Millət heç kimin oyununa gəlməməlidir. “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarının arxasında da bu dayanır".
Müsahibimiz onu da əlavə edib ki, bəzi Azərbaycan bölgələrində Pəhləvi hökumətini istəyənlər olsa da, milli düşüncəli insanlar şahçılara yer vermir. Milli hərəkat bu məsələlərdə daha çox bədəl ödəmək istəmir:
"Tarix boyu inqilabların önündə azərbaycanlılar dayanıb, ilk olaraq həyatını itirənlər də azərbaycanlılar olub. Bugünkü etirazlar da İranın mərkəzi hakimiyyət sistemini zəiflədir, lakin rejimin öz‑özünə dəyişəcəyi real görünmür".
Əli Hüseynov
Baxış sayı:64
Bu xəbər 15 Yanvar 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















