Icma.az
close
up
RU
Güneyliləri narahat edən çağırış: Pezeşkian olmalıdır, yoxsa Pəhləvi?

Güneyliləri narahat edən çağırış: Pezeşkian olmalıdır, yoxsa Pəhləvi?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda davam edən etiraz aksiyalarının nəticəsi ilə bağlı irəli sürülən bir-birindən fərqli ssenarilər diqqət çəkir. Məsələn, aksiyalarda şahın oğlu Rza Pəhləvini dəstəkləyənlər “Caved şah” şüarları səsləndirir. Digər tərəfdə isə Zəncan, Urmiya, Xoy, Ərdəbil, Təbriz, Marağa və başqa bir neçə şəhərdə izdihamlı mitinqlərdə “Azadlıq, ədalət, milli hökumət”, “Ölüm olsun dikatora”, “Azərbaycan şərəfdi, Bəsici bişərəfdi”, “Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” kimi şüarlar səsləndirilir.

Həmçinin Güney azərbaycanlıların İran Prezidenti Məsud Pezeşkiana rəğbətinin olması da sirr deyil.

Proseslərin gedişatı nədən xəbər verir? Ümumiyyətlə İrandakı soydaşlarımız üçün kim daha çox məqbuldur: Məsud Pezeşkian yoxsa Rza Pəhləvi?

Globalinfo.az-a danışan deputat Vüqar İsgəndərov deyib ki, dekabrın 28-dən İranda başlayan hərəkat hər şeydən öncə iqtisadi məsələlər ilə meydana çıxdı:

“Etirazlar rialın kəskin ucuzlaşması, qiymətlərin qalxması və bütün sahələrdə nəzarətin pozulması ilə özünü biruzə verdi. İnsanlar etirazların ilk günü küçələrə məhz bu şüarlarla çıxmışdı. Daha sonra isə şüarları və aksiyaların motivi dəyişdi, ixtişaşlar artmağa başladı. Əsas şüarlar iqtisadiyyatdan siyasi konteksə keçdi. “Diktaturaya son”, “Ölüm olsun Xameneiyə”, “Hakimiyyət dəyişikliyi”, “Yeni sistem dəyişikliyi” kimi şüarlar səslənməyə başladı. Bütün bunlar kəskin qarşıdurma ilə davam edir.

Proses kəskinləşdikcə İran hakimiyyəti güc tətbiq etməyə başlayıb. 500-dən artıq insanın həyatını itirdiyi deyilir. Təhlükəsizlik qüvvələri tərəfindən ölənlərin sayı durmadan artır. Ümumiyyətlə, iğtişaşlar İranda bütün bölgələri əhatə edir və həm də kənardan kifayət qədər ölkə daxilini qarışdırmaq istəyənlər tərəfindən idarə olunur. Tehrandakı hakimiyyətin dəyişməsi üçün bu başı pozuq, lidersiz iğtişaşlara verilən kənar dəstək aydın şəkildə sezilir.

Azərbaycanlıların sıx yaşadığı bölgələrdə də iğtişaşlar artır. Şəhərlərin hər birində mitinqlər və küçə yürüşləri başlayıb. Güney Azərbaycanda insanlar milli şüarlarla küçələrə çıxır. Soydaşlarımızın səsləndirdiyi bəzi şüarlar milli kimlik ilə bağlıdır. Yəni Fransada oturub İrandakı qüvvələrə xitab edən Rza Pəhləviyə öz fikirlərini göstərirlər. Pəhləvi Fransada yaşasa da, ABŞ və Qərbdən də dəstək alır. Lakin Fransa bu məsələdə xüsusilə aktivdir. Parisin uzun müddətdir İranda maraqları var.

Soydaşlarımız əsasən burada “Azadlıq, milli hökumət”, “Azərbaycan şərəfdir, Bəsici bişərəfdir”, “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” kimi şüarlar səsləndirirlər”.


Vüqar İskəndərov

Deputat bildirib ki, Güney Azərbaycanın genetik yaddaşında Pəhləvilərin hakimiyyət dövrü repressiya və milli dil basqıları ilə yadda qalıb:

“Bu yaddaş indiki nəsildə də qalmaqdadır. Ona görə soydaşlarımız qətiyyətlə Pəhləvinin hakimiyyətə gəlməsi və monarxiyanın bərpasını istəmir. Düzdür, son zamanlar Pəhləvi monarxiya ilə keçid hökuməti yaratmaqla bağlı sevdasını ifadə edib və bəyanatları da məhz bu yöndədir. Lakin insanlar başa düşür ki, bu, kosmetik bir metoddur. Yəni o, hakimiyyətə gələrsə, monarxiyanı təsdiqləyə bilər. Özü də bu, mərkəzçi Tehran hakimiyyəti olacaq. Eyni zamanda başda azərbaycanlılar olmaqla qeyri-etniklərə qarşı repressiyalara başlayacaq. Ona görə də kürdlər və bəluclar azərbaycanlıların İran hakimiyyətinə gəlməsini istəmir.

Güney Azərbaycanda Məsud Pezeşkiana rəğbət böyükdür. O, əslən azərbaycanlıdır. Bundan başqa, dəfələrdə Tehrana, fars şovinizminə qarşı yüngül də olsa, iradlar bildirib. Hakimiyyətə reformist imici yaradıb və daha çox insanların, xalqın adamı rolunu saxlayır. Pezeşkianın milli liderə çevrilməməsinin səbəbi ona tam etibar edilməməsidir. Güney Azərbaycan əhalisi anlayır ki, o, mövcud sistemin bir üzvüdür. Pezeşkianın ali rəhbərə və SEPAH-a qarşı çıxması da çətindir. Bundan başqa, o, İran İslam Respublikasının prezidentidir və siyasi olaraq mövcud hakimiyyəti təmsil edir. Pezeşkianın prezident kimi səlahiyyəti azdır. Onun ordu üzərində hakimiyyəti yoxdur və islahatları istədiyi kimi həyata keçirə bilmir.

Əgər Pezeşkian və Pəhləvi fiqurlarını müqayisə etsək, İran prezidentinin ölkədə nüfuzu daha çoxdur. Pəhləvinin isə İranın bütün nüfuz dairələrinə təsiri yoxdur. Pəhləviyə daha çox keçmiş monarxiya nostaljisi ilə yaşayanlar dəstək verir ki, onların sayı elə də çox deyil. Pəhləvinin Fransadan dəstək aldığını nəzərə alsaq, bunu yerli xalq qəbul etmir.

İğtişaşlarda konkretliyin olmaması ümumi mənzərəni hələlik aydın etmir. Etirazlar artar, İran hakimiyyəti ordunu işə salıb insanlara atəş açarsa, bunun ağır nəticələri ola bilər. Hazırda bu yolla aksiyalar yatırılarsa, gələcəkdə daha şiddətli aksiyalar baş verəcək. Situasiyaların dəyişdiyini nəzərə alsaq, hələlik dəqiq proqnoz vermək çətindir.

Fikrimcə, rəsmi Bakının baş verənlərlə bağlı hazırkı mövqeyi doğrudur. Azərbaycan prinsipcə başqa ölkələrin daxili işinə qarışmır. Ordakı soydaşlarımızın taleyinə biganə deyil, lakin proses hazırda diqqətlə izlənilir”.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə deyib ki, “Məsud Pezeşkian yox, Rza Pəhləvi” məqbuldur yanaşması bir qədər nisbidir:

“Fikrimcə, proseslər heç də bu sualla məhdud deyil. Hazırda baş verən hadisələrin kökündə İrandakı mühafizəkar və islahatçı qanad arasındakı rəqabət dayanır. Yəni bunu dar çərçivədə elitalar arası münaqişə kimi qiymətləndirmək olar. Özü də bu, İranda ilk belə hadisə deyil.

İranın quruluşu, siyasi sistemi çox mürəkkəbdir. Yəni bu ölkədə normal dövlət strukturları ilə yanaşı dini struktur da var və idarəetməyə həm təsir göstərir, həm də istiqamət verir. Əslində elitalar arası münaqişə məhz bu müdaxilə və fərqli struktur mövzusu ilə bağlıdır.

Məsələn, İranda ordu ilə yanaşı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) var. Bundan başqa prezident, parlament ilə yanaşı ali dini rəhbər də fəaliyyət göstərir. Özü də onun səlahiyyəti hər kəsdən daha genişdir. Bütün bu mürəkkəblik və müdaxilə ziddiyyətlər yaradır. Belə ziddiyyətlər isə özünü mövcud proseslər ilə biruzə verir.


Tofiq Zülfüqarov

Biz hazırda İranda etiraz aksiyalarını görürük. Hətta belə təəssürat var ki, sanki aksiyaların rəhbəri yoxdur, başsız tamaşa öz-özünə yaşanır. Halbuki bu, belə deyil, prosesi idarə edən qüvvələr var. Hesab edirəm ki, islahatçı qanad mühafizəkar qanad ilə hazırda mübarizə aparır və aksiyaların pərdə arxasında onlar var.

Etirazların nəticəsində isə dini elita, ali rəhbər institutunun səlahiyyəti azalacaq. Onların hakimiyyət rolu və imkanları məhdudlaşacaq. Ön plana isə islahatçı qanadın nümayəndələri gələcək.

O ki qaldı keçmiş şahın oğlu Rza Pəhləvin hakimiyyətə gəlməsi məsələsinə, mən bunun olacağına inanmıram. Ümumiyyətlə, şah dövründə ciddi problemlər var idi və bu, nəticədə İranda inqilaba səbəb olub. Belə bir siyasi keçmişlə hakimiyyətə gəlmək çox çətindir. Mövcud hakimiyyətin isə kadrı, ordusu və strukturu var. Yəni onu dəyişmək asan olmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri