Günlərlə dağlarda axtarırlar: 2 3 kq tapan qızıl tapmış kimi sevinir
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Türkiyədə Burdur əyalətinin Bucaq rayonunda quzuqarnı göbələyi (kuzugöbeği) mövsümü başlayıb.
Bizim.Media xəbər verir ki, Katran dağı, Sazak və Əziziyə bölgələrində intensivləşən axtarışlarda təbiətdə öz-özünə yetişən bu göbələkləri tapmaq üçün vətəndaşlar günlərlə vaxt keçirirlər.
Bəzən 2-3 kiloqrama çatan məhsul yığımı toplayıcılara sanki "qızıl tapmışlar kimi" böyük sevinc bəxş edir.
Burdurun Bucaq rayonunda təbiətdə təbii şəkildə bitən quzuqarnı göbələyi yerli əhali tərəfindən yığılmağa başlanıb. Meşəlik ərazilərdə yetişən bu göbələk növü, yağıntıdan asılı olaraq mart, aprel və may aylarında toplanır.
Dəniz səviyyəsindən təxminən 200 metr yüksəklikdən başlayaraq mart-iyun aylarında 1600 metr hündürlüyə qədər olan ərazilərdə bitir.
Həm təzə halda bişirilə bilər, həm də qurudularaq uzun müddət saxlanıla bilər.
Göbələk toplayan Mehmet Kızıl bildirib ki, yağıntılarla birlikdə üzə çıxan quzuqarnı göbələyi bölgədə daha çox Katran dağı və Əziziyə ərazisində tapılır. O, bu işin həm də bir hobbi olduğunu vurğulayıb:
"Bəzi günlər bir neçə dənə, bəzi günlər isə 2-3 kiloqram civarında tapırıq. Tapanda sanki qızıl tapmış kimi sevinirik. Heç tapa bilməsək də, bu mövsümdə dağlarda quzuqarnı axtarmaq bizim üçün böyük həyəcandır." (Milli.Az)
Bizim.Media
Baxış sayı:342
Bu xəbər 26 Mart 2026 08:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















