Icma.az
close
up
RU
Günlük qazancları 1000 manatdan çoxdur Hər gün də tələb artır

Günlük qazancları 1000 manatdan çoxdur Hər gün də tələb artır

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkədə psixoloq xidmətlərinin qiymətinin bir seans üçün 100–500 manat arasında dəyişməsi psixoloji yardımın əlçatanlığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə seansların davamlı xarakter daşıması və müddət artdıqca məbləğin yüksəlməsi orta və aşağı gəlirli vətəndaşların bu xidmətlərdən istifadə imkanlarını məhdudlaşdıra bilər. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, müasir dövrdə dünyada psixoloqlara olan ehtiyac xeyli artıb. Xüsusilə yeniyetmə və gənclər arasında elektron mühitin təsiri ilə güclənən depressiya hallarının yayılması, müxtəlif oyunlar və təsir edən firmaların rolu bu halların artmasına səbəb olur. 
"Bundan əlavə, yeni həyat tərzi və qida vərdişlərindəki dəyişikliklər də psixoloji durumlara təsir edir. Nəticədə, dünya üzrə psixoloji dəstəyə ehtiyacı olan insanların sayı getdikcə artır. Hətta bəzi qərb ölkələrində ailə psixoloqları fəaliyyət göstərir və ailənin psixoloji vəziyyətini izləyərək bu istiqamətdə dəstək verirlər. Ölkəmizdə də son illərdə psixoloqlara müraciət edənlərin sayı artıb. Bu tendensiya göstərir ki, qlobal təsirlər Azərbaycanda da özünü göstərir. Uşaqlar, gənclər, yetkinlər və yaşlı nəsil də psixoloji dəstəyə ehtiyac duyur. Bu, həyatda qaçınılmaz bir prosesdir və normal qarşılanmalıdır".
Sosioloq bildirib ki, psixoloqların sayı və xidmət keyfiyyəti məsələsi problem olaraq qalır:
"Birincisi, ölkəmizdə peşəkar psixoloqlar kifayət qədər deyil. İkincisi, sabit və davamlı xidmət göstərən psixoloqların sayı da məhduddur. Müasir dövrdə onlayn şəkildə psixoloq xidməti alan və xaricdə fəaliyyət göstərən psixoloqları axtaran insanlar da çoxdur. Bu, xüsusilə Türkiyə və Avropadakı psixoloqların daha əlçatan olması və ya qiymət baxımından uyğunluğu ilə bağlıdır. Eyni zamanda müşahidə olunur ki, bəzi psixoloqlar özlərini reklam və tanıtımla daha çox məşğul olur, insanlarla və biliklərlə işləməyə kifayət qədər vaxt ayırmırlar. Bəzən psixoloqa müraciət etmək, hətta dövlət məmuruna müraciətdən belə çətin olur. Pasiyent vaxt təyin edə bilmir, əlaqə vasitələri vasitəsilə yalnız qısa müddətli görüşlər mümkündür və bunun üçün yüksək ödəniş tələb olunur. Bu qiymətlər isə çox zaman real nəticələr təmin etmədən tətbiq olunur ki, bu da qeyri-etikdir və psixoloji olaraq pasiyentə mənfi təsir göstərir".
Onun sözlərinə görə, psixoloqların xidmətində əsas prioritet pasiyentin əhval-ruhiyyəsinin və psixoloji vəziyyətinin düzgün qiymətləndirilməsi olmalıdır. 
"Əvvəlcə pasiyentin ehtiyacı müəyyən edilməli, hansı səviyyədə dəstək göstərilə biləcəyi təyin olunmalıdır. Xidmətin keyfiyyəti artdıqca ödənişlər də məqbul şəkildə tənzimlənə bilər. Belə yanaşma həm etik, həm də psixoloji baxımdan pasiyent üçün faydalıdır. Ölkəmizdə psixoloji xidmətlərin daha səmərəli və nizamlı olması üçün bu istiqamətdə ciddi ehtiyac mövcuddur", - o fikrini yekunlaşdırıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri