Günü gündən bahalaşır Toya hazırlaşanlara pis xəbər: AÇIQLAMA
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 4 900 dolları keçərək, tarixi maksimumu yeniləyib. Qızıl və gümüşün qiyməti tarixi maksimumu yenilənib.
Demokrat.az-a açıqlamasında zərgər Araz Quliyev deyib ki, bu yüksəliş yalnız qlobal bazarda deyil, yerli bazarda da hiss olunur:
“Bakı və regionlarda zərgər dükanlarına gələn müştərilər artıq şokdadırlar. Qiymətlər demək olar ki, hər gün dəyişir, kimsə nə alacağını, nə satacağını bilmədən dolaşır. İnsanlarda pulumuzu bankda saxlasaq, qızıl daha da qalxacaq düşüncəsi ilə bazara axın var. Kiçik investorlar da bu yüksəlişə qoşulmaq istəyir, amma qiymətlər göydədir, hətta bəzən əlçatmaz səviyyəyə qalxır”.
O bildirib ki, qızıla olan maraq əvvəlki kimi deyil:
“Yerli bazarda spekulyasiya, qorxu və eyni zamanda fürsət axtarışı birləşərək vəziyyəti daha da gərginləşdirir. Hər kəs bir-birinə baxır, kim alacaq, kim satacaq, bazar artıq teatr meydanına çevrilib. Kiçik sərmayəçilər həyəcanla qiymətləri izləyir, dükan sahibləri isə gərginlikdən narahatdır”.
Qızılın dünya birjasında bu sürətlə bahalaşması birbaşa toy və nişan mərasimlərinə hazırlaşan ailələrin büdcəsinə mənfi təsir göstərir. Əvvəllər investisiya vasitəsi kimi əlçatan olan qızıl məmulatları, indi orta təbəqə üçün lüks əşyaya çevrilir. Eyni zamanda, nağd vəsaitini qorumaq istəyənlər üçün risklər artır, çünki bu cür kəskin yüksəlişlərdən sonra bazarın hər an korreksiyaya (qiymət enməsinə) gedə biləcəyi ehtimalı insanları tərəddüddə qoyur.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Demokrat.az-a açıqlamasında zərgər Araz Quliyev deyib ki, bu yüksəliş yalnız qlobal bazarda deyil, yerli bazarda da hiss olunur:
“Bakı və regionlarda zərgər dükanlarına gələn müştərilər artıq şokdadırlar. Qiymətlər demək olar ki, hər gün dəyişir, kimsə nə alacağını, nə satacağını bilmədən dolaşır. İnsanlarda pulumuzu bankda saxlasaq, qızıl daha da qalxacaq düşüncəsi ilə bazara axın var. Kiçik investorlar da bu yüksəlişə qoşulmaq istəyir, amma qiymətlər göydədir, hətta bəzən əlçatmaz səviyyəyə qalxır”.
O bildirib ki, qızıla olan maraq əvvəlki kimi deyil:
“Yerli bazarda spekulyasiya, qorxu və eyni zamanda fürsət axtarışı birləşərək vəziyyəti daha da gərginləşdirir. Hər kəs bir-birinə baxır, kim alacaq, kim satacaq, bazar artıq teatr meydanına çevrilib. Kiçik sərmayəçilər həyəcanla qiymətləri izləyir, dükan sahibləri isə gərginlikdən narahatdır”.
Qızılın dünya birjasında bu sürətlə bahalaşması birbaşa toy və nişan mərasimlərinə hazırlaşan ailələrin büdcəsinə mənfi təsir göstərir. Əvvəllər investisiya vasitəsi kimi əlçatan olan qızıl məmulatları, indi orta təbəqə üçün lüks əşyaya çevrilir. Eyni zamanda, nağd vəsaitini qorumaq istəyənlər üçün risklər artır, çünki bu cür kəskin yüksəlişlərdən sonra bazarın hər an korreksiyaya (qiymət enməsinə) gedə biləcəyi ehtimalı insanları tərəddüddə qoyur.
Leyla Turan
Demokrat.az
Baxış sayı:56
Bu xəbər 26 Yanvar 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















