Icma.az
close
up
RU
Günümüzün bəlası REVMATOID ARTRİT Həkim danışır

Günümüzün bəlası REVMATOID ARTRİT Həkim danışır

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun revmatoloqu Gülnarə Həsənova müsahibə verib. 

Lent.az “Revmatoid artritin effektiv müalicəsi ilə bağlı müsahibəni sizlərə təqdim edir. 

- Gülnarə xanım, ilk öncə revmatoid artrit xəstəliyi haqqında məlumat verərdiniz...

- Revmatoid artrit birləşdirici toxumanın naməlum etiologiyalı xroniki sistem xəstəliyi olub, oynaqların kliniki olaraq proqressivləşən, eroziv artritlə xarakterizə olunan mürəkkəb autoimmun patogenezli xəstəlikdir. Revmatoid artritin kliniki gedişi, proqnozunun ağırlıq dərəcəsi və sosial əhəmiyyətinə görə digər artritlərdən fərqlənir. Epidemioloji tədqiqatlar göstərir ki, Yer kürəsi əhalisinin bir faizi bu xəstəlikdən əziyyət çəkir.

- Bu xəstəlik orqanizmdə hansı simptomlarla özünü biruzə verir?

- Müasir təsəvvürlərə əsasən, revmatoid artrit mürəkkəb patogenizinin əsas mexanizminin tənzimlənməsində mühüm rolu oynadığı immunoloji proseslərin pozğunluğu təşkil edir. Müəyyən olunub ki, periferik endokrin vəzilərin – qalxanvari, cinsi, böyrəküstü vəzilərin fəaliyyətinin pozulması bu xəstəliyin gedişinə öz təsirini göstərir. Revmatoid artrit patogenizində əsas yeri limfositlərə mənsub olan immun dəyişikliklər təşkil edir. Naməlum etioloji amilin oynaqların sinovial qişasını zədələməsi nəticəsində sinovial mühitə damarlardan T və B limfositlərin axını güclənir və onların arasında disbalans baş verir. Qanda revmatoid faktor kimi autoanticismlərin yüksək konsentrasiyası, bir çox hallarda immun kompleksin nəzərə çarpacaq dərəcədə miqdarının artması, limfositlərin aktivləşməsi aşkar edilir. Revmatoid artrit zamanı baş verən immun iltihabi proses, xroniki persistəedici, residiv verən xarakter daşıyıb, əsasını immunoloji homeostazın dərin kəmiyyət və keyfiyyət dəyişiklikləri təşkil edir. Revmatoid sinovit oynaq qığırdağı, sümük toxuması, damarlar və daxili orqanlarda iltihabi və destruktiv proseslərin başlanğıc etapı hesab olunur.

- Revmatoid artritit xəstəliyi müalicəsində medikamentoz müalicə ilə yanaşı, başqa hansı müalicə üsulları var?

- Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsul işləyib hazırlayıb. Sanator-kurort müalicə bu etapların içərisində özünəməxsus yer tutur və onun tətbiqi vacibdir. Revmatoid artrit xroniki və ağır gedişata malik olması, funksional vacib oynaqların destruksiya və deformasiyasi ilə nəticələnməsi baxımından, onun vaxtında diaqnozunun qoyulması və müalicəsinin erkən başlanması vacib şərtlərdən biridir.
Xəstəliyin müalicəsində sanator-kurort müalicəsi və xüsusən təbii faktorların tətbiqinə üstünlük verilməsi təqdirəlayiqdir.
Revmatoid artritin müalicəsində xəstəliyin tsiklik xarakterli gedişini, müxtəlif aktivlik dərəcəsini, orqan və sistemlərin zədələnmə dərəcəsini nəzərə alaraq, bu vasitələrin tətbiqi zamanı ciddi differensial yanaşma tələb olunur. Belə ki, fizioterapevtik müalicədən ultrasəs müalicəsi, maqnitoterapiya, krioterapiya və balneoterapiya təyin olunur. Bu xəstəliyin kompleks müalicəsində təbii balneoloji faktorlardan naftalan, radon və müxtəlif hidrogen-sulfidli vannaların tətbiqinə geniş yer verilir. Ancaq bu göstərilən faktorlardan hidrogen sulfidli vannalarla müalicə öz effektliyinə görə xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda əsasən çökmə süxurlarından çıxan və neftlə parogenetik münasibətdə olan müxtəlif kükürdlü su mənbələri mövcuddur. Abşeron yarımadası, Lənkəran-Masallı, Quba-Şabran və Qax-Şəki zonalarında hidrogen-sulfidli sulara rast gəlinir.
Hidrogen-sulfidli vannalar xəstələrə fiziki, kimyəvi və bioloji olmaqla kompleks şəkildə təsir göstərir. Bu təsirlər içərisində kimyəvi təsir daha əhəmiyyətli hesab olunur. Vanna qəbulu zamanı əsas təsiredici amil sərbəst hidrogen-sulfid qazıdır.

- Revmatoid artritin hansı aktivliyində, formasında və mərhələsində fiziobalneoterapevtik müalicə təyin edilməlidir?

- Revmatoid artritin oynaq forması ilə I, II aktivlik dərəcəsi, ləng gedişi, seropozitiv və seroneqativ variantlar, vaskulit əlamətlərinin müşahidə olunmaması, I, II mərhələlərdə I və II dərəcəli funksional pozğunluğu zaman fiziobalneoterapevtik müalicə təyin edilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Dekabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri