Icma.az
close
up
RU
Günün qoroskopu: Anlaşma, sövdələşmə və müqavilə üçün münasib zamandır

Günün qoroskopu: Anlaşma, sövdələşmə və müqavilə üçün münasib zamandır

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - işdə uğurlar istisna deyil. Peşəkar məziyyətləriniz və bacarıqlarınız diqqətsiz qalmayacaq. Karyera müstəvisində irəliləyə bilərsiniz. Nüfuzlu insanların dəstəyindən yararlanın.

Günün ikinci yarısında kiçik problemlər yarana bilər. Köhnə müttəfiqlərin proseslərə müdaxiləsi nəticəsində sədləri tezliklə dəf edəcəksiniz.

Axşam saatlarında maraqlı tanışlıq, yaşamınızda önəmli rol oynayacaq görüş olacaq. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Kimin nəyə layiq və qadir olduğunu, kimin inanılası adam sayıla biləcəyini anlayın. Yaramaz insandan uzaq durun.

Buğa - mürəkkəb, amma məhsuldar gündür. Asan qələbələrə bel bağlamayın. Qarşıya qoyduğunuz məqsədlərə yalnız böyük səylər və zəhmət bahasına çata biləcəksiniz. İş və karyera ilə bağlı məsələlərdə diqqətli olun. Qərarlarınız, əməlləriniz sayəsində ətrafınızdakı insanların hörmətini qazanmağa çalışın.

Günün ikinci yarısında uğurlarınız bədxahlarla paxılları sinirləndirəcək. Onlar sizə zərər vurmaq üçün əllərindən gələni edəcəklər.

Ailədə münaqişə, yaxınlarla fikir ayrılıqları istisna deyil.

Yaxınlarınızın ümid etdikləri kompromisləri unutmayın. Amma maraqlarınızı da qurban verməyin.

Əkizlər - müsbət təmayüllərin təsiri artacaq. Uğurlu gündür. Yeni kəşflər, dəyərli məlumatın alınması, önəmli görüş ola bilər. Aktiv olun. Süstlük və ətalət işlərinizə ağır zərbə vuracaq.

İctimai həyatdan kənarda qalmayın.

Günün ikinci yarısında işgüzar danışıqlar pis alınmayacaq. Çoxdankı opponentləri fikirlərindən döndərə bilərsiniz.

Qəfil təklifi qəbul etsəniz, axşam saatlarını yaxşı keçirmək imkanı yaranacaq. Maraq və fikirlərinizi bölüşən insanlarla qarşılaşa bilərsiniz. Yeni münasibət də formalaşacaq.

Xərçəng - sakit və təmkinli qalmaq asan olmasa da, hisslərinizə nəzarət edin. Belədə çətin situasiyalarda özünüzü itirməyərək dürüst qərarlar verə bilərsiniz. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin. Çətinliklərdən qeyri-standart çıxış yolları var. Yenilikləri əxz edin.

Günün ikinci yarısında faydalı məlumatı tez əldə edəcəksiniz.

Axşam saatlarında sevdiyiniz insanla münsibətləri qısqanclıq və şübhələrlə korlamayın. Yaşananları müzakirə edərək şübhələr, həyəcandan qurtulun. Yardım üçün dostlara müraciət edin. Onlar sizə kömək edəcəklər.

Şir - əlverişli, yaxşı gündür. Yeni problemlər yaranmayacaq. Günlərdən bəri çözümünü gözləyən məsələni qulaqardına vurmayın. Strateji düşünün, situasiyanın inkişaf istiqamətlərini təxminləməyi bacarın. Köhnə düşməni zərərsizləşdirin, bədxahları yolunuzdan kənarlaşdırın.

Günün ikinci yarısında yaxınlarınızın sizin dəstəyinizə ehtiyacı olacaq. Emosional yardımları əsirgəməyin. Ailə münasibətlərini möhkəmləndirin. Çoxdankı münaqişələrdən birini nizamlaya bilərsiniz.

Qız - maraqlı məlumat, mühüm xəbər alacaqsınız. Həmin məlumat planlarınıza təsir edəcək. Dəyişikliklər qaçılmazdır. Bəzi məqsədlərə çatmaq üçün yeni yollar seçilməlidir. Fərqli ideyalardan bəhrələnin.

Günün ikinci yarısında işgüzar danışıqlar məhsuldar olacaq. Yeni tərəfdaşların nəyə qadir olduğunu araşdırın.

Şəxsi münasibətlərdə isə hər şey normal deyil. Həddən artıq əsəbi, sinirli olmayın. Mənfi emosiyaların təsiri altında düşünülməmiş addımlar atsanız, sonradan peşman olacaqsınız.

Tərəzi - günün ilk yarısında kiçik anlaşılmazlıqlar və çətinliklər istisna deyil. Fəqət problemlərin hamısını ürəyinizə salmayın. Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri artacaq.

Günün ikinci yarısında mürəkkəb iş və dostlarla, tanışlarla ünsiyyət yaxşı alınacaq. İndiyədək dil tapa bilmədiyiniz insanlarla ünsiyyət müsbət nəticə verəcək.

Axşam saatlarını sevdiyiniz insanla keçirin. Romantik görüş unudulmaz olacaq. Yaxınlarınıza hədiyyə alın.

Əqrəb - ən ağır peşəkar tapşırıqlar və problemlərin öhdəsindən gələcəksiniz. Mürəkkəb sifarişlə bağlı fəaliyyətdə tələskənliyə yol verməyin. Əməyinizə görə ödəniş və ya mükafat özünü çox gözlətməyəcək.

Günün ikinci yarısında əhəmiyyətli gəlir ola bilər. Naqafil təklifi dərhal, təfsilatları öyrənmədən rədd etməyin. Maliyyə və əmlakla bağlı məsələləri müzakirə etmək olar. Taleyüklü müzakirələrə qatılsanız, xeyrinizə qərarın qəbuluna nail olacaqsınız.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq.

Axşam saatlarında qəfil etiraf istisna deyil.

Oxatan - gün ərzində çox iş görə bilərsiniz. Yaşam enerjiniz yetərincədir. Bütün günü tər içində çalışsanız da, ifrat yorğunluq hiss etməyəcəksiniz. Sizi narahat edəcək yeganə məqam isə dediklərinizi asanlıqla anlamayan insanlarla ünsiyyət olacaq. Çoxsaylı suallar yarana bilər.

Günün ikinci yarısında qıcıqlanmayın. Qəfil hədiyyə olacaq. Alış-verişə yollanın. Ev işlərinin öhdəsindən təkbaşına gələcək, yardıma ehtiyac duymayacaqsınız.

Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Oğlaq - səbrli və təmkinli olun. Məqsədə çatacaqsınız. Hadisələri tələsdirmək mənasızdır. Xoşagəlməz görüşlər, peşəkar fəaliyyət müstəvisində gərgin mübahisələr riski var. Emosiyalarınıza hakim olun. Münaqişəyə yol verməyin.

Günün ikinci yarısı maliyyə baxımından əlverişlidir. Anlaşma, sövdələşmə və müqavilə üçün münasib zamandır.

Axşam saatlarında yaxınlarınızla birlikdə istirahət edin. Münasibətləri təftiş etməyə çalışmayın.

Dolça - ciddi şəkildə çalışmalı olacaqsınız. Məqsədlərə asanlıqla çatacağınızı düşünməyin. İş və karyera ilə bağlı məsələlərdə sərvaxt davranın. Həmkarlar və rəhbərliklə müəyyən fikir ayrılıqları yarana bilər. Uzun müddətdən bəri, məhsuldar formada əməkdaşlıq etdiyiniz insanlarla münasibətləri korlamayın.

Günün ikinci yarısında mövqelərinizi qoruyun. Səhhətinizə fikir verin. Kiçik ağrılar, habelə xroniki xəstəliyin kəsklinləşməsinin qarşısını almaq üçün gərəkli addımlar atın. Axşam saatlarında normal istirahət edin, ağır fiziki işlə məşğul olmayın.

Balıqlar - yaxşı gündür. Problemlər yaransa da, sizin üçün həddən ziyadə əhəmiyyətli sahələrdə olmayacaq. Yaşananları sakit qəbul edin. Sakit və təmkinli olun. Dürüst qərar verməyə çalışın.

Günün ikinci yarısında işgüzar danışıqlar pis keçməyəcək. Sərmayə, daşınmaz əmlak alınması üçün əlverişli zamandır.

Şəxsi münasibətlərdəki problem həllini tapacaq. Axşam taleyüklü görüş və yaşamınızı dəyişə biləcək qərar ola bilər.
 

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2024 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri