Icma.az
close
up
RU
Günün qoroskopu: intensiv və aktiv çalışın

Günün qoroskopu: intensiv və aktiv çalışın

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Qoç – günün ilk yarısı pis deyil. Ən çətin işlərin öhdəsindən gələ bilərsiniz. Problemlərin çözülməsinə başlayın. Aktiv və enerjili olun. Yaxın ətrafınızdakı insanları yeni layihəyə cəlb edin.

Günün ikinci yarısında maraqlı macəra istisna deyil. Yaxın gələcəyinizi planlaşdıranda detalları nəzərə alın, praqmat olun. Normal təklif alsanız, dinləyin. Təşəbbüskarlıq pis deyil.

Axşam saatlarında sakit istirahətə üstünlük verin.
Buğa – günün ilk yarısında əhvalınız pis olmayacaq. Yeni tanış maraqlı həmsöhbət olacaq. Xırdalıqlara və təfərrüatlara diqqət yetirin. Dinləməyi bacarın. Çoxsaylı faydalı məlumatlar alacaqsınız. Yeni işə başlamaq olar.

Günün ikinci yarısında münaqişə riski artır. Mübahisəyə qatılmayın. Mövqelərinizi sonadək müdafiə edin, geri çəkilməyin. Hüquqlarınızdan yararlanın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə dözümlü olun. Mənəvi və fiziki ağrılardan qorunmaq üçün həssas davranın.

Əkizlər – müxtəlif miqyaslı və profilli məsələlərin həlli üçün əlverişli zamandır. Planlaşdırma, danışıqlar, müzakirələr və eksperimentlər üçün aktiv olun, süstlüyə qapılmayın. Başladığınız hər işdə gərəkli nəticəyə can atın. Sonuclar pis olmayacaq.

Günün ikinci yarısında səmimi, soyuqqanlı və qayğıkeş olun. Sevdiyiniz insan sizi sevindirmək istəyəcək. Məqsədə çatmaq üçün qətiyyətli davranmaq gərəkdir. Yeni tanışlarla təmasda diqqətli olun.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Xərçəng – kiçik narahatlıq və gərginlik olacaq. Gün pis deyil. İstirahət və əyləncə zamanı deyil. Başa çatdırılmasını tələb edən işlər var. Önəmli məsələni həll etməyə imkan verən telefon zəngini unutmayın. Həddən artıq gərgin çalışmayın.

Günün ikinci yarısında enerjinizi effektiv nəticə əldə edə biləcəyiniz işə yönəldin. Alış-verişdə texnika, avadanlıq almaq olar. Qacetlər istisna deyil. Avtomobil üçün aksessuarlara pul xərcləməyin.

Axşam saatlarını ailə üzvləri, sevdiyiniz insanlarla keçirin. Gərgin fəaliyyətdən sonra istirahətə ehtiyacınız var.

Şir – günün ilk yarısı sürprizlər və xoş hadisələrlə zəngin olacaq. İşlərin tempini azaltmayın. Niyyətlərinizlə arzularınızı həyata keçirin. Sevincinizi dəyər verdiyiniz insanlarla bölüşün.

Günün ikinci yarısında şəxsi münasibətlərdə zəruri dəyişikliklər və yeniliklər edə bilərsiniz. Tanışlıqlar sürətlə baş tutacaq. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Söhbətin təşəbbüskarı olun. Bir müddət sonra yeni tanış sizə tərəfdaş təklif edəcək.

Axşam saatlarını evdən kənarda keçirin.

Qız – məişət məsələləri ilə məşğul olun. Ailədəki problem həllini tələb edir. Ağır işlərdən yayınmayın. Bu proseslər sizi yormayacaq. Yardıma ehtiyac duyan insana kömək etməyi unutmayın.

Yaxınlarınıza diqqət və qayğınız, yaxşı tanımadığınız insanlara səmimi münasibətiniz cavabsız qalmayacaq. Minnətdarlıq sözləri eşidəcəksiniz.

Günün ikinci yarısında önəmli olayın bilaixtiyar iştirakçısına çevriləcəksiniz.

Axşam saatları sevdiyiniz insanla ünsiyyət üçün münasibdir. Münasibətlərinizi daha səmimi edin.

Tərəzi – emosional baxımdan asan gün deyil. Gərginlik hiss edəcəksiniz. Kiçik problemlər təcili, təxirəsalınmaz həll tələb edir. Çətinliklərin çözülməsinə nə qədər tez başlasanız, işləri bir o qədər tez başa vurarsınız. Bütün işləri eyni vaxtda görmək mümkün deyil.

Günün ikinci yarısında ikinci dərəcəli işləri ertələyin, mühüm saydığınız məsələ ilə məşğul olun.

Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artır. Əks cins mənsubları ilə münasibətlərinizdə problemlər yaratmayın. Ümid və niyyətlərinizdən danışmaqdan çəkinməyin. Planlarınızı inandığınız insanlarla bölüşə bilərsiniz. Qarşı tərəfin gözləntilərindən xəbər tutun.

Əqrəb – ağır, çətin zamandır. Əhvalınızı korlamamaq, yaxınlarınızın könlünə dəyməmək üçün səbrli və təmkinli olun. Səhər saatlarından etibarən kobud və sərt danışmayın. Sizi dəstəkləmək istəyən insanların yardımlarını rədd etməyin. Mümkün qalmaqal və mübahisələrdən yayınmaq üçün soyuqqanlı olun.

Günün ikinci yarısında əhvalınız korlana bilər. Aqressivlik əsla məsləhət deyil.

Sevdiyiniz insanla qarşılaşa bilərsiniz. Restorana yollanın, istirahət edin. Xoşagəlməz situasiyanı və qarşılıqlı iradları unudun.

Oxatan – birmənalı gün deyil. Pozitiv təmayüllər olsa da, sərt tənqidlər eşidəcəksiniz. Ünsiyyətdən yayınmayın. Yaxınlarıınızın, ailə üzvlərinizin ünvanına sərt sözlər deməyin.

Uşaqlıq etməyin, inadkar davranmayın. Məqsədə çatdığınızı düşünüb erkən sevinməyin. Təhlükəli situasiyaya düşə bilərsiniz. İfrat qətiyyətiniz ətrafınızdakı insanları usandıra bilər.

Günün ikinci yarısında proseslərdən bir qədər kənarlaşın, istirahət edin. Davranışınıza fikir verin. Nüfuzunuza zərbə vuracaq addımlar atmayın.

Axşam saatlarında vaxtınızı normal keçirin, istirahət edin. Yaxşı tanıdığınız insanlarla təmaslara üstünlük verin.

Oğlaq – günün ilk yarısında işlərinizdə nizam yaradın. Əlverişli situasiyadan bəhrələnməyə çalışın. Mühüm layihəyə başlamaq, yeni tanışlığa başlamaq olar. Yaşamınızda peyda olan yeniliyi dəyərləndirin.

Uğurlarınız sizi sevindirəcək. Toplantı və konfransa qatılmaq olar.

Günün ikinci yarısında yorğurluq hissindən qurtula bilərsiniz. Cansıxıcı işlərdən imtina etməyin. Yaşanan olaylara normal reaksiya verin.

Axşam saatları alış-veriş üçün əlverişlidir. Yaşam arealınızı daha rahat və gözəl edə bilərsiniz. Sevdiyiniz insanın qayğısına qalın.

Dolça – intensiv və aktiv çalışın. Əyləncə, istirahətlə bağlı fikirləri müvəqqəti ertələyin. Çoxdan bəri həyata keçirmək istədiyiniz planı reallaşdırmağın zamanı çatıb. Tələsik qərar verərək səhv etməyin.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün faydalı deyil. Sakitliyə, rəvanlığa ehtiyacınız var. Səlis davranın, ətrafınızda baş verən hadisələrə fikir verin. Sərvaxt olsanız, sizə qarşı hazırlanan yeni oyundan vaxtında xəbər tuta bilərsiniz.

Balıqlar – yeni tərəfdaş və ya müttəfiq aramaq üçün yaxşı zamandır. Möhkəm və uzunmüddətli əlaqələrinizin yaranacağı insanla qarşılaşmağınız istisna deyil. Ünsiyyətdə həssas, diqqətli olun. Xırdalıqlara fikir verin.

Günün ikinci yarısında sükan arxasında, yaxud yolda çox vaxt keçirmək məsləhət deyil. Səhhətinizə fikir verin. Ağrılar istisna deyil.

Başağrıları ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Noyabr 2024 02:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri