Icma.az
close
up
RU
GÜNÜN QOROSKOPU: Sevdiyiniz insanı qısqanmayın...

GÜNÜN QOROSKOPU: Sevdiyiniz insanı qısqanmayın...

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bakıvaxtı.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Səhər saatları danışıqlar və privat söhbətlər üçün əlverişli deyil. İşdə rəhbərliklə nəyisə müzakirə etməyə çalışmayın. Hüquqi məsələlərin həllini ertələyin.

Günün ikinci yarısında yeni məlumat və ya xəbər ala bilərsiniz. Maraqlandığınız işlə məşğul olmaq üçün əlverişli zamandır.

Axşam saatlarına yaxın xatirələr yada düşəcək. Bir zamanlar sevdiyiniz filmə yenidən baxmaq olar. Sevdiyiniz insanla münasibətləri möhkəmləndirin.

Buğa - Səhər saatlarından etibarən önəmli, vacib məsələlərin həllinə başlayın. Diqqətli olun. Kənar təsirlərə uymayın. Məhsuldar çalışmaq üçün bir işi yarımçıq qoyub başqasına start verməyin. Fəaliyyətinizi ciddi planlaşdırın, addımlarınızı müəyyənləşdirin.

Günün ikinci yarısında həssaslıq və sentimentallıq ifrata çatmasın. Dəstəyə, yaxşı məsləhətə ehtiyacınız var. Qohumlar və dostlarla dil tapmaq olar. Əhvalınızı yaxşılaşdırmaq üçün axşam saatlarında normal əylənin.
 

Əkizlər - Davranışınız laübəli, təlatümlü olmasın. Kiçik problemlər və maneələr ifrat emosional reaksiyaya rəvac verə bilər. Əhvalınızdan asılı olaraq planlarınızı sürətlə, tez-tez dəyişməyin. Diqqətsizlik sonradan ağır fəsadlara səbəb olacaq addımlara rəvac verməsin.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə həssas, sayıq davranın, həddən artıq tələbkar olmayın. Emosiyalarınızın öhdəsindən gəlin. Anlamlı olun, dəyər verdiyiniz insanların qayğısına qalın.

Xərçəng - Günün ilk yarısı yaxşı xəbərlər və müsbət dəyişikliklər vəd edir. Çoxdan bəri planlaşdırdığınız işi reallaşdıra bilərsiniz. Mövqeyinizi möhkəmləndirin, nüfuzunuzu artırın. Yeni dostlar tapa bilərsiniz.

Fəaliyyət istiqamətində innovasiyalar üçün əlverişli gündür.

Günün ikinci yrısında alış-verişdə diqqətli olsanız, yaxşı nəticələr istisna deyil. Şəxsi münasibətlərdə situasiya pis deyil. Şansı əldən verməyin. Əks cins mənsubunun diqqətini cəlb edə bilərsiniz.

Axşam saatlarını yaxınlarınıza həsr edin.

Şir - Günün ilk yarısında intuisiyanıza inanın, problemlərdən hifz olunmağa çalışın. Ünsiyyətdə insan psixologiyasının təməl motivlərini unutmayın. Asılı olduğunuz insanlarla təmaslarınızı aktivləşdirin. Səbirli olun.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləriniz pis olmayacaq. Stabil münasibətlər arzulayırsınızsa, bəxtə bel bağlamayın, fatumdan asılı olmayın. Axşam saatları romantik hisslər vəd edir.

Qız - Günün ilk yarısında sakit şəraitdə fəaliyyət göstərin. Fiziki hərəkətlərə vaxt ayırın. Ağır işdən çəkinməyin. Yeni işlərə başlamaq olar. Əməkdaşlıqla bağlı müzakirələr aparın.

Günün ikinci yarısında perspektiv hesab etdiyiniz sahəyə və ya layihəyə sərmayə yatırmaq olar. Dəyər verdiyiniz insanın qədrini bilin. Çətin situasiyada dürüst seçim etməyi bacarın. Fikir ayrılıqları olsa da, sizi birləşdirən dəyərlər çoxdur.

Tərəzi - Uğur əldə etmək üçün həlledici amil kənar təsirlərə uymamaqdır. Xoşagəlməz işlərlə məşğul olmaq zərurəti yaranarsa, situasiyanı təhlil edin. İşlər ağır olsa da, onları başa vurmaq lazımdır. Kimsə əvəzinizə işləyən deyil.

Səbirli, soyuqqanlı olun.

Günün ikinci yarısında yaşam arealında qayda yaradın. İş yerində adekvat olun. Axşam saatlarında tənhalığa can atmayın. Dostlar və yaxınlarla istirahət məsləhətdir.

Əqrəb - Günün ilk yarısını vurnuxma olmadan, tələskənliyə yol vermədən keçirin. İrəliləyişə imkan verəcək azsaylı şanslardan yararlanın. Məqsədə doğru aparan yolda yeganə maneə yalnız tənbəlliyiniz ola bilər. İnert, süst, passiv olmayın. Astagəllik etməyin.

Günün ikinci yarısında qəfil gəlir əldə edə bilərsiniz. Uzun müddətdən bəri istifadə etmədiyiniz əşyadan qurtulun. Bu minvalla kiminsə problemlərini həll edə bilərsiniz. Axşam saatları görüş, danışıqlar və müzakirələr üçün əlverişlidir.

Oxatan - Günün ilk yarısında mühüm işə başlamayın. Fəaliyyət sahəsində və şəxsi münasibətlərdə təşəbbüskar olun. İdeyalarınız dəstəklənəcək. Sizə yardım etmək istəyənlər var. Dostlar və tanışlarla normal danışın, emosiyalara qapılmayın.

Günün ikinci yarısında vədlərdən birini reallaşdırmaq gərəkdir. Öhdəlikləri unutmayın. Tanışlarla birgə fəaliyyət sayəsində həllini gözləyən problemi çözmək olar.

Axşam saatlarında internetdən istifadə edərək gərəkli məlumatı tapa bilərsiniz.
 

Oğlaq - Özünüzü tənha hiss etməyin, bədbinliyə qapılmayın. Münaqişə və ya mübahisələrdən uzaq olmağa çalışın. Əsəblərinizi qoruyun. Planlaşdırılmamış xərclərə yol verməyin.

Günün ikinci yarısı işgüzar fəaliyyət üçün daha əlverişlidir. Ünsiyyət yeni tanışlıqları ehtiva edir. Yaxınlarınızdan mənəvi dəstək istəməkdən çəkinməyin. Onlar sizə yardım edəcəklər.

Axşam saatlarını sakit şəraitdə keçirin.

Dolça - Yaxın ətrafınızdakı insanların emosional durumlarına fikir verin. Müşahidələrdən istifadə edərək problemlərin qeyri-adi həllini tapa bilərsiniz. İşgüzar intuisiyanız iti olsun. Pullarınızı boş işlərə xərcləməyin. Maliyyə vəsaitinizin qədrini bilin.

Uğur qazanmaq üçün novasiyalardan, yeniliklərdən bəhrələnin. Riskdən qorxmayın.

Günün ikinci yarısında yaxınlarınızdan biri problemlə üzləşəcək. Həmin şəxsə yardım edin. Subaysınızsa, aradığınız insanla qarşılaşa bilərsiniz.

Balıqlar - Potensial və imkanlarınızın qədrini bilin. Mənasız işlərlə məşğul olmayın. Bilikləriniz və təcrübənizdən maksimum bəhrələnin. Yaradıcılıq imkanlarının nümayişi üçün əlverişli zamandır. Hadisələrin axarına müdaxilə gərəkdirsə, bunu təxirə salmayın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə eqoist motivlərə qapılmayın. Sevdiyiniz insanı qısqanmayın. Şübhələr, qısqanclıq pis fəsadlara səbəb ola bilər.

Axşam saatlarında normal istirahət edin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Dekabr 2024 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri