“Gürcü Arzusu” prezidentliyə namizədi haqda: Nə Qaribaşvili, nə də Qamsaxurdiya
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
““Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili prezidentliyə namizəd olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu partiyanın icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze deyib.
Onun sözlərinə görə, Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantine Qamsaxurdiyanın da dövlət başçısı postuna namizədliyi nəzərdən keçirilmir.
M.Mdinaradze qeyd edib ki, hakim komandada başqa şəxsin namizədliyi ilə bağlı razılıq əldə olunub.
“Namizədimiz yalnız vətəninə xidmət edəcək şəxs olacaq”, - o deyib.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-nə təyin olunub. Növbəti 5 il üçün dövlət başçısını 300 nəfərin təmsil olunduğu seçicilər kollegiyası seçəcək.
Yerli “Mtavari arxi” telekanalının yaydığı məlumata əsasən, “Gürcü Arzusu”nda prezidentliyə İ.Qaribaşvili və K.Qamsaxurdiyanın namizədlikləri nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 26 Noyabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















