Gürcü müxalifətçi soydaşımızdan polisə şikayət verdi “Babayev məni öldürməyə cəhd edib”
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
Gürcüstanın müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, hakim “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevdən polisə şikayət edib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, şikayət tərəflər arasında ötən ilin dekabrın 2-də Tbilisidə baş vermiş insidentlə bağlıdır.
A.Elisaşvili “TV Pirveli” kanalına açıqlamasında bildirib ki, Ə.Babayevi onu öldürməyə cəhdə görə məhkəməyə verəcək.
Onun sözlərinə görə, isidentlə bağlı videoyazıda görünür ki, Ə.Babayev əlindəki dəmir çubuğu yelləyir və bu da ölümlə nəticələnə bilərdi.
Xatırladaq ki, A.Elisaşvili ötən il dekabrın 2-də Tbilisidə Ə.Babayevə qarşı zorakılıq əməli törədib. Dekabrın 5-də həbs edilən müxalifətçiyə qarşı Baş Prokurorluq siyasi təqib ittihamı irəli sürmüşdü. Tbilisi şəhər məhkəməsinin qərarı ilə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi. Müxalifətçi dekabrın 14-də Tbilisi şəhər məhkəməsinin qərarı ilə 4 min lari girov müqabilində azadlığıa buraxılıb. İş üzrə məhkəmə araşdırması davam edir.
Baxış sayı:163
Bu xəbər 30 Yanvar 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















