Icma.az
close
up
RU
Gürcü müxalifəti prezident seçkilərini boykot edib

Gürcü müxalifəti prezident seçkilərini boykot edib

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

 “Qeyri-legitim parlamentin Prezident seçmək səlahiyyəti yoxdur”

Gürcü müxalifəti Gürcüstanda yeni prezident seçkilərini boykot etdiyini bəyan edib. AYNA gürcü mediasına istinadən bildirir ki, müxaliflər yeni parlamenti qeyri-legitim hesab edirlər. Hakimiyyətin əleyhdarları Salome Zurabişvilini yeganə legitim dövlət başçısı elan ediblər.

“Yeganə legitim dövlət qurumu Gürcüstan Prezidentidir... Biz qondarma qurumu tanımırıq. Dekabrın 14-nə təyin edilmiş sözdə prezident seçkiləri Bidzina İvanişvili tərəfindən oğurluq səslərlə qazandığı parlamentin nə beynəlxalq aləmdə, nə də ölkəmizdə ictimai-siyasi legitimlik qazanıb. Qeyri-legitim parlamentin Prezident seçmək səlahiyyəti yoxdur. Ona görə də Salome Zurabişvili Gürcüstanın Prezidenti, Gürcüstan ordusunun Ali Baş Komandanıdır. Xanım Zurabişvili həmçinin ölkənin xarici əlaqələr üzrə ali nümayəndəsi olaraq qalır”, - müxalifət partiyalarının birgə bəyanatında qeyd olunub.

Müxaliflər hesab edirlər ki, bu vəziyyətdən yeganə çıxış yolu yeni parlament seçkilərinin təyin edilməsidir. Müxalifət həmçinin son iki həftə ərzində Avropayönlü mitinqlərdə saxlanılan bütün vətəndaşların azad edilməsini tələb ediblər.

Bəyanatı “Birlik - Milli Hərəkat”, “Dəyişiklik və Güclü Gürcüstan üçün Koalisiya” imzalayıb. Oktyabrın 26-da keçirilən seçkilərdən sonra parlamentə daxil olan dördüncü siyasi qüvvə olan “Gürcüstan üçün Qaxariya” Partiyası ayrıca bəyanat yayıb. Partiya həmçinin yeni prezidentin “qeyri-qanuni seçilməsi prosesində iştirak etmədiklərini” və “de-fakto qeyri-legitim parlamentin qərarlarını tanımadıqlarını”  vurğulayıb.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də parlamentdə keçiriləcək. İlk dəfə olaraq dövlət başçısı ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiya vasitəsilə seçiləcək. Yeganə namizəd hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası tərəfindən irəli sürülən sabiq futbolçu Mixail Kavelaşvili olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 Dekabr 2024 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri