Gürcüstan 6, Türkiyə 3 qolla qalib gəlib, rəqiblərimiz məğlub olublar VİDEO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Bu gün 2024/25 UEFA Millətlər Liqası pley-off mərhələsinin cavab görüşləri keçirilib.
İdman.biz xəbər verir ki, səkkiz oyunda hansı komandanın hansı liqada çıxış edəcəyi müəyyənləşib.
İki oyunun nəticəsinə görə qalib gələnlər daha üst liqaya, məğlub olanlar isə daha aşağı liqaya vəsiqə qazanıb. Qələbə qazanan komandalardan Türkiyə, Yunanıstan, Serbiya və Belçika A liqasında, Gürcüstan, Kosovo, Sloveniya və İrlandiya isə B liqasında yer alacaqlar.
Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsindəki rəqibləri Ukrayna və İslandiyanın da növbəti UEFA Millətlər Liqasındakı taleyinə aydınlıq gəlib. Hər iki komanda məğlub olub və nəticədə Ukrayna B liqasında, İslandiya C liqasında mübarizə aparacaq.
UEFA Millətlər Liqası, pley-off oyunları
A/B liqaları
23 mart
21:00. Macarıstan – Türkiyə 0:3 (ilk oyun 1:3)
21:00. Serbiya – Avstriya 2:0 (1:1)
21:00. Şotlandiya – Yunanıstan 0:3 (1:0)
23:45. Belçika – Ukrayna 3:0 (1:3)
B/C liqaları
23 mart
18:00. Gürcüstan – Ermənistan 6:1 (ilk oyun 3:0)
21:00. İslandiya – Kosovo 1:3 (1:2)
21:00. Sloveniya – Slovakiya 1:0 (ə.v.) (0:0)
23:45. İrlandiya – Bolqarıstan 2:1 (2:1)
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 25 Mart 2025 00:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















