Gürcüstan ABŞ la münasibətlərinə yenidən baxmağa hazır olduğunu bəyan edib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Gürcüstan hakimiyyəti ABŞ-la münasibətləri açıq şəkildə nəzərdən keçirməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə Gürcüstana qarşı təhdidlər edilib ki, Tbilisi bunu yolverilməz hesab edib. Kaladze vurğulayıb ki, Gürcüstan müstəqil ölkədir və bir çox nəsillər onun uğrunda mübarizə aparıb.
Siyasətçi əlavə edib ki, Gürcüstanın hakim partiyası ilə ABŞ-ın hazırkı prezidenti Donald Trampın administrasiyasının mövqeləri böyük ölçüdə üst-üstə düşür. O cümlədən, bu, ölkədəki müəyyən qüvvələrin xaricdən maliyyələşməsi məsələsinə aiddir.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 06 Noyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















