Icma.az
close
up
RU
Gürcüstan Aİ: “Molotov kokteyli”nə fərqli baxış

Gürcüstan Aİ: “Molotov kokteyli”nə fərqli baxış

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Qərb ilə sıx əməkdaşlıq niyə ziddiyyətlərə yön aldı?

Gürcüstanın Avropa İttifaqı ilə münasibətləri son illərin gərginlik və təzyiqləri nəticəsində daha da mürəkkəbləşib. Bu ölkənin Qərb dəyərlərinə inteqrasiya etmək istəyi, xüsusilə Aİ-nin ölkənin daxili məsələlərinə müdaxiləsi ciddi problemlərə yol açdı. Qərbin Gürcüstanda qəbul olunan və LGBT təbliğatını qadağan edən qanunla bağlı narahatlığı münasibətlərdəki ilk ciddi böhranı yaratdı.

Aİ bir tərəfdən Gürcüstanda demokratiyanın inkişafını dəstəkləmək və insan hüquqları məsələsində daha müasir dəyərləri təşviq etmək istəyir, digər tərəfdən Gürcüstandakı siyasi müxalifətə açıq dəstək verərək, ölkənin daxili işlərinə müdaxilə edir. Bu cür yanaşma Gürcüstanın hökuməti tərəfindən ölkənin suverenliyinə və siyasi müstəqilliyinə qarşı təzyiq kimi qiymətləndirilir. Gürcüstan, xüsusən, Aİ-yə üzv olan bəzi ölkələrin siyasi maraqlarını daha çox təmin etməyə çalışması fonunda Avropanın siyasi təzyiqlərinə qarşı sərt mövqe tutur. Avroparlamentin üzvlərinin bəyanatları bu gərginliyi artırır. Məsələn, deputat Naço Sançes Amor qeyd edib ki, Gürcüstanın hakim partiyasının liderləri Aİ-nin tətbiq etdiyi sanksiyaların təsirini narahatlıqla izləyir və bu sanksiyalarla bağlı yollar axtarırlar.

Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosun bəyanatında isə deyilir ki, Gürcüstanın quruma üzvlük prosesinin dayandırılmasının səbəbi bu ölkənin Avropaya qarşı mənfi mövqeyindən irəli gəlir. Bu, Tbilisiyə qarşı daha sərt addımların atılmasına səbəb olacaq.

Rəsmi Tbilisi isə Aİ əməkdaşlarının açıqlamalarını təzyiq kimi qəbul edərək, onları kəskin tənqid edir. Hakim partiya nümayəndələri, xüsusən də deputat İrakli Kadagişvili Brüsselin Tbilisiyə qarşı sərt münasibətini ziyanlı və mənasız kimi qiymətləndirir. Kadagişvili belə bəyanatların Gürcüstan üçün heç bir dəyəri olmadığını, əksinə, cəmiyyətin Aİ-yə inamını sarsıtdığını vurğulalayıb: “Bu, heç bir dəyəri olmayan, sadəcə şantaj vasitəsi kimi istifadə edilən bəyanatlardır. Avropa İttifaqının bu cür davranışı cəmiyyətin ona olan etibarını zədələyir”. Onun sözlərinə görə, Aİ öz bürokratik strukturları vasitəsilə, sadəcə, “gözə toz üfürmək” məqsədi güdür və sanksiyalar yalnız siyasi səbəblərlə tətbiq edilir: “Gürcü arzusu”nda adını sanksiyalar siyahısından çıxarılmasını xahiş edəcək adamlar yoxdur. Zənglər və geri çağırışlar barədə danışmaq ciddi deyil”.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin son bəyanatları da ölkənin Aİ ilə münasibətlərindəki gərginliyi və qarşılıqlı anlaşılmazlıqları bir daha ortaya qoyur. Hökumət başçısı bildirib ki, son illərdə bir neçə dəfə dövlət çevrilişinə, hökuməti devirməyə cəhdlər olub: “Bütün bunlar xaricdən maliyyələşdirilib. Müxalifətin Gürcüstanda hakimiyyəti dəyişmək istəyən himayədarları var. Çünki ölkədə xalqın maraqlarını müdafiə edən vətənpərvər hakimiyyət var. Bu, onların xoşuna gəlmir”.

O, xarici agentlər haqqında qanunla bağlı Avropa rəsmilərinin tənqidlərinə də münasibət bildirib: “Onlar bizim qanunumuzun demokratik prinsipləri pozduğunu deyirlər, halbuki Brüsseldə özləri analoji qanun layihəsinin qəbulu imkanlarını müzakirə edirlər”.

Gürcüstanın baş naziri daha sonra deyib: “Kimsə Gürcüstanda inqilabları kənardan maliyyələşdirmək istəyirsə, bunu heç olmasa, şəffaf şəkildə etməlidir. Bu prinsip şəffaflıq qanununda öz əksini tapıb".

Bununla yanaşı, Brüsselin Gürcüstan müxalifətini demokratik mübarizə aparan qüvvə kimi təqdim etməsi Tbilisi tərəfindən “kənardan müdaxilə” kimi qəbul olunur.

Bəli, durum Aİ-nin uzun müddətdir vurğuladığı “qarşılıqlı hörmət və daxili işlərə qarışmama” prinsipinə uyğun deyil. Göründüyü kimi, Aİ Gürcüstanın suverenliyinə və daxili siyasətinə hörmət edilməli olduğunu təbliğ edərkən, eyni zamanda, ölkə müxalifətini “demokratiya fədailəri” kimi qələmə verir, bir növ daxili işçilərə müdaxiləyə cəhdlər edir.

Bu arada Fransanın Nant şəhərinin Tbilisi ilə qardaşlaşmış şəhər münasibətlərini dayandırması da təzyiqin daha açıq və konkret formasıdır. Bu addım, həmçinin Fransanın Qərb perspektivindən Gürcüstanın daxili siyasətinə təsir etməyə çalışmasının göstəricisidir.

Gürcüstan isə, xüsusilə, son illərdə öz müstəqilliyini və milli maraqlarını qorumağa çalışır, buna görə də xarici təzyiqlər qarşısında sərt mövqe nümayiş etdirir. Tbilisi bu cür təzyiqləri və müdaxilələri ölkənin suverenliyini təhdid sayan addımlar kimi qəbul edir. Eyni zamanda, Aİ-nin özünün müəyyən etdiyi demokratiya və hüquqi dəyərləri necə tətbiq etdiyi və bu prinsiplərin müxtəlif kontekstlərdə fərqli təfsir edildiyi barədə ciddi suallar ortaya çıxır. Bu vəziyyət həm də Qərbin öz dəyərlərini və prinsiplərini tətbiq edərkən ikiüzlü yanaşma sərgilədiyini ortaya qoyur. Bu, həm də Gürcüstanın və digər oxşar ölkələrin daha müstəqil xarici siyasət formalaşdırmağa çalışarkən qarşılaşdıqları çətinliklərin bir nümunəsidir.

***

Bu barədə XQ-yə danışan Milli Məclisin deputatı Elşad Musayev dedi:

Avropa Gürcüstana qarşı siyasətində “ikili standartlar”a yol verir. Bir tərəfdən Gürcüstanda insan hüquqlarının müdafiəsinə, demokratiyanın təşviqinə çağırır, digər tərəfdən isə müxalifətə dəstək verərək, siyasi proseslərə müdaxilə edir. Bu yanaşma, Gürcüstan hakimiyyəti tərəfindən məntiqsiz və ziddiyyətli olaraq qiymətləndirilir. Əgər seçkilər saxta olaraq göstərilirsə, o zaman bu sistemdə müxalifətə hansı mövqedə dəstək veriləcəyinin qərarlaşdırılması zərurəti yaranır. Avropanın Gürcüstan müxalifətinə verdiyi dəstək ölkənin daxili siyasətini daha da mürəkkəbləşdirir. Bu addım bəzən “rəngli inqilablar” adlandırılan prosesləri xatırladır və müxalifətin siyasi məqsədlərinə uyğun hərəkət etməsi üçün təzyiq göstərir. Bu isə ölkənin siyasi müstəqilliyinə və suverenliyinə təhdid yaradır.

Müsahibimizin dediyindən əlavə, Qərbin tətbiq etdiyi sanksiyalar və təzyiqlər yalnız siyasi səbəblərlə bağlıdır və heç bir hüquqi əsası yoxdur. Gürcüstanın Baş naziri İrakli Kobaxidze dəfələrlə bildirib ki, ölkə Qərbin tətbiq etdiyi bu təzyiqləri qəbul etməyəcək və onların Gürcüstanın daxili məsələlərinə müdaxiləsini rədd edəcək.

Eyni zamanda, Gürcüstanın Avropa ilə münasibətləri artıq təkcə siyasi müstəvidə deyil, həm də dəyərlər müstəvisində gedən bir mübarizəyə çevrilib. “Molotov kokteyli” hadisəsi yalnız bir etirazın və ya zorakılığın simvolu olmaqdan daha çox Brüssellə Tbilisi arasında dəyərlər qarşıdurmasının metaforası kimi qiymətləndirilir.

Yada salaq ki, Gürcüstanda baş vermiş etiraz aksiyaları zamanı bir nümayişçinin – Lazar Qriqoriadisin “Molotov kokteyli” atması və bu hadisəyə görə azadlıqdan məhrum edilməsi, daha sonra isə prezident tərəfindən əfv olunması ətrafında yaranan diskussiya artıq rəmzi xarakter alıb. Parlamentin sədri Şalva Papuaşvili Brüssel dairələrini “Molotov kokteyli”nə haqq qazandırmaqda” günahlandıraraq bəyan edib: “Siz bizimlə dəyərləri paylaşmaq əvəzinə, küçə zorakılığını legitimləşdirirsiniz”.

Beləliklə, Gürcüstan həm daxili sabitliyi qorumağa, həm də beynəlxalq münasibətlərdə balansı saxlamağa çalışır. Baş nazir Kobaxidze dəfələrlə bildirib ki, Gürcüstanın daxili məsələlərində Qərbin təzyiqləri yalnız siyasi səbəblərə əsaslanır və buna müqavimət göstərilməlidir. Bu yanaşma Gürcüstanın yalnız suverenliyini deyil, həm də siyasi gələcəyini təyin edəcək ən vacib məsələyə çevrilib. Son zamanlar Gürcüstanda ictimai rəydə baş verən dəyişikliklər də bunu göstərir. “Eurobarometr”in son hesabatına görə, gürcü vətəndaşlarının Aİ-yə olan etimadı bir ildə 66 faizdən 49 faizə düşüb. Bu, cəmiyyətin əhəmiyyətli bir hissəsinin Qərbin Gürcüstandakı siyasi proseslərə müdaxiləsinə qarşı çıxış etdiyini və yerli hökumətə inamın artdığını göstərir. Gürcüstanın öz suverenliyini qorumaq üçün cəhdləri, postsovet məkanında Qərbin təsirinin və müdaxiləsinin necə qiymətləndirildiyi ilə bağlı daha geniş bir sual doğurur.

Gürcüstanın Avropa ilə yaxınlaşma istəyinin, eyni zamanda, öz siyasi müstəqilliyini qoruma arzusu arasında gedən mübarizə ölkənin gələcəyini müəyyən edəcək mühüm amildir. Bu mübarizə yalnız Gürcüstanın deyil, həm də digər postsovet ölkələrinin Qərblə münasibətlərinin necə inkişaf edəcəyini və beynəlxalq siyasətdə hansı mövqeləri tutacaqlarını göstərəcək.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1102

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see252

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see204

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see192

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see189

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see179

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see176

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see175

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see174

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see171

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see171

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see171

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see170

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see169

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see169

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see166

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see165

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see165

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see162

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri