Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Gürcüstan 2027-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyə namizədliyini təqdim edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
Nazir Gürcüstanın artıq müvafiq müraciəti təqdim etdiyini vurğulayıb.
"Biz ATƏT-ə Gürcüstanın gələn il üçün sədrliyini təklif etmişik. Əlbəttə ki, qərar iştirakçı ölkələr tərəfindən yekdilliklə qəbul edilməlidir. Namizədliyimizin nə qədər dəstəklənəcəyini söyləmək hələ tezdir", - Boçorişvili əlavə edib.
Xatırladaq ki, ATƏT-ə sədrlik bir il müddətində quruma üzv olan dövlət tərəfindən həyata keçirilir. Bu il təşkilata sədrlik İsveçrəyə məxsusdur.
Bu mövzuda digər xəbərlər:Gürcüstan ATƏT in sədrliyinə namizəd ölkə ola bilər
20 Fevral 2026 19:47
Gürcüstan ATƏT missiyasının hesabatını rədd edib
12 Mart 2026 21:03
Gürcüstan ATƏT ə nota verdi
16 Oktyabr 2025 13:19
ATƏT PA Gürcüstan əleyhinə qətnamə qəbul edib
03 İyul 2025 17:11
Gürcüstan 2027 ci ildə ATƏT ə sədrlik etmək üçün namizədliyini irəli sürüb
23 Aprel 2026 17:26
Baxış sayı:96
Bu xəbər 22 Aprel 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















