Gürcüstan Avropa İttifaqına inteqrasiyanı dəstəkləyir, ancaq milli maraqlar çərçivəsində
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Gürcüstan Avropa İttifaqına üzv olmaq istəyir, lakin ölkənin milli maraqlarını nəzərə alaraq. Bunu Gürcüstanın seçilmiş prezidenti Mixail Kavelaşvili “İmedi” telekanalının efirində deyib. Məlumatı “Anadolu” yayıb.
Onun sözlərinə görə, Tbilisi Aİ-dən “qarşılıqlı hörmət və şəffaflığa əsaslanan yanaşma” gözləyir.
Eyni zamanda o, baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarını dəstəklədiyini bildirib. Hökumət başçısının bəyanatı ölkədə kütləvi etirazlara səbəb olub.
Kavelaşvili vurğulayıb ki, Gürcüstan hökuməti “Avrointeqrasiya prosesini dayandırmır, sadəcə olaraq Aİ-dən qarşılıqlı hörmət tələb edir. Biz Avropa İttifaqı ilə dəqiq müəyyən edilmiş uzunmüddətli prosesi planlaşdırmışıq. Biz bunu daim qeyd edirik və ictimaiyyəti məlumatlandırırıq”.
Dekabrın 14-də 300 nəfərdən ibarət seçki kollegiyası hakim “Gürcü arzusu” partiyasından olan deputat Mixail Kavelaşvilini Gürcüstanın yeni prezidenti seçib.
Keçmiş futbolçu Kavelaşvili 1991-2002-ci illərdə Gürcüstan millisində hücumçu kimi çıxış edib.
2016-cı ildə Kavelaşvili hakim partiyadan Gürcüstan parlamentinə deputat seçilib.
Gürcüstan prezidenti Salome Zurabişvili bugünkü seçkilərin legitimliyini tanımadığını bəyan edib. O, vəzifəsindən istefa vermək və səlahiyyətlərini Kavelaşviliyə ötürmək niyyətində olmadığını açıqlayıb.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 16 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















