Gürcüstan Azərbaycan yanacağını Ermənistana dəmir yolu ilə pulsuz daşıyacaq
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstan Azərbaycan yanacağının Ermənistana dəmir yolu ilə daşınmasını pulsuz həyata keçirəcək
"Report"un yerli bürosu xəbər verir ki, bu ölkənin Baş naziri İrakli Kobaxidzenin qərarına əsasən, "Gürcüstan Dəmir Yolları" SC Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə Ermənistana yanacağın birdəfəlik dəmir yolu tranzitini tamamilə pulsuz həyata keçirəcək.
Məlumatı ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi "İmedinews"a təsdiqləyib.
Bildirilib ki, Azərbaycan mətbuatında yanacağın dəmir yolu ilə daşınmasına tarif baryerlərinin mane olması ilə bağlı yayılan məlumatlardan sonra məsələ aydınlaşdırılıb.
Qurumun məlumatına görə, Gürcüstan hökuməti dekabrın 5-də tərəfdaş ölkə kimi Azərbaycandan yanacağın tranziti ilə bağlı rəsmi müraciət alıb. Baş nazirin göstərişi ilə "Gürcüstan Dəmir Yolları"na sözügedən yükün tarif tətbiq edilmədən daşınması barədə dərhal tapşırıq verilib.
Qeyd edilib ki, rəsmi tərəflər qərar barədə məlumatlandırılıb: "Gürcüstan həmişə regionda sülhün və əməkdaşlığın tərəfdarı olub və belə də qalır. Azərbaycan isə hər zaman etibarlı tərəfdaş kimi qiymətləndirilir".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 08 Dekabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















