Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Gürcüstan Azərbaycanın ən ciddi tərəfdaşlarından biridir TƏHLİL

Gürcüstan Azərbaycanın ən ciddi tərəfdaşlarından biridir TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Arzu Nağıyev: Qarşılıqlı faydalara əsaslanan əməkdaşlıq təqdirəlayiq hesab olunmalıdır


Natiq Cəfərli: Gürcüstan Azərbaycanın təbii müttəfiqidir

Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır. Xalqlarımız arasında tarixi bağlantılar var.

Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

Müstəqillik dövrünün lap əvvəlindən Gürcüstanın və Azərbaycanın dostluq, tərəfdaşlıq və yüksək səviyyədə qarşılıqlı anlaşma nümayiş etdirdiklərini deyən dövlətimizin başçısı bildirib:

“Cənubi Qafqaz regionu strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilib və bunu yalnız biz etmişik”.


Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev "Sherg.az"a bildirib ki, Azərbaycan və Gürcüstan arasında olan əlaqələr strateji əhəmiyyətli tərəfdaş münasibətləridir:


"Bu gün hər iki ölkənin istər iqtisadi-siyasi, istərsə də qanunvericilik səviyyəsində əlaqələri dinamik olaraq inkişaf etməkdədir. Əsas məqam ondan ibarətdir ki, ölkələrimizin ali rəhbərliyi səviyyəsində təşəkkür tapmış fəal siyasi dialoq var. Eyni zamanda Parlament seçkilərindən sonra məhz Gürcüstan baş naziri İrakli Kobaxidzenin ölkəmizə gəlişi, o cümlədən Prezident Salome Zurabişvilinin bu yaxınlarda Azərbaycana planlaşdırılan ilk səfəri bunu deməyə əsas verir. Beynəlxalq və regional formalarda dövlətlərimiz bir-birini dəstəkləyir. Qarşılıqlı faydalara əsaslanan əməkdaşlıq təqdirəlayiq hesab olunmalıdır. Azərbaycan və Gürcüstan arasındakı iqtisadi sahədə əlaqələr davam etməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin əsasən iki dövlət arasında keçməsi, geniş coğrafiya və iqtisadi inkişafın, sosial rifahın təmini üçün istifadə olunması çox mühüm məsələdir. Yaşıl energetika və kommunikasiya layihələrində konkret məsələlər üzrə əməli addımlar atılır. Bütün bunlarla yanaşı Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasları keçirilir. Burada çox ciddi layihələrin reallaşması haqqında fikir mübadiləsi aparılır və tətbiq edilir. Ümumiyyətlə humanitar mövzularda da geniş işlər görülür. Unutmamalıyıq ki, Gürcüstanda çoxsaylı azərbaycanlılar yaşayır. Eyni zamanda ölkəmizdə gürcülərin icması mövcuddur. Bunlar hər biri önəmli məsələlərdir".


Deputat əlavə edib ki, parlamentlərarası münasibətlərə nəzər salsaq, burada Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi səfəri, parlamentarilərin seçkiləri izləməsi, dostluq qruplarının görüşləri mühüm əhəmiyyət kəsb edir:

"Yəni görüşlərdə də qarşılıqlı məqam doğuran ikitərəfli və regional məsələlər haqqında fikir mübadiləsi aparılır. Bu gün demək olar ki, Gürcüstan Azərbaycanın ən ciddi tərəfdaşlarından biridir. Ümumiyyətlə bütün bunlar gələcəkdə yeni layihələrin inkişafı və Cənubi Qafqaz regionunun strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilməsi üçün zəruri hesab edilir".


Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, Gürcüstanı Azərbaycanın iqtisadi uzantısı da adlandırmaq olar:


"Gürcüstan Azərbaycanı Avropaya və Türkiyəyə bağlayan körpüdür. Bu mənada körpü son illər ərzində xüsusi divident qazanıb. Çünki Azərbaycanın mühüm infrastrukturu layihələri, həm nəqliyyat, həm də boru kəmərləri Gürcüstan üzərindən keçir. Bu dövlət tranzit ölkəsi kimi kiçik dividendlərə sahib olur. Həmçinin Azərbaycan Gürcüstanda mühüm investorlardan biridir. Üstəlik, ən çox vergi ödəyicisi "SOCAR Corcia" həm də bu ölkədə böyük qazpaylayıcı şirkətdir. Eyni zamanda Gürcüstan tranzit ölkəsi olduğu üçün Avropa ilə nisbətdə Azərbaycandan ucuz qaz alır. Nəticə etibarilə Gürcüstanın qazla təmin olunmasında son illərdə ciddi irəliləyişlər əldə edilib. Ümumiyyətlə Gürcüstan Azərbaycanın təbii müttəfiqidir. Çünki hər iki dövlətin bir-birindən asılılıqları var. Bütün bunlar isə hər iki ölkənin inkişafına xidmət edən amilə çevrilir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Aprel 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri