Gürcüstan azərbaycanlı da daxil daha 61 əcnəbini deportasiya edib
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Gürcüstan 61 xarici vətəndaşı deportasiya edib.
Newscenter.az-ın məlumatına görə, "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədən çıxarılan şəxslər Hindistan, Misir, Türkiyə, Kuba, Azərbaycan, Türkmənistan, Rusiya, Nigeriya, Ermənistan, Belarus, Özbəkistan, Burundi, Efiopiya və Pakistan vətəndaşlarıdır.
Deportasiya olunan şəxslərin Gürcüstana girişinə mövcud qanunvericiliyə uyğun olaraq qadağa qoyulub.
Nazirlik bildirir ki, cari ilin əvvəlindən Miqrasiya Departamentinin əməkdaşları tərəfindən artıq 3 minə yaxın xarici vətəndaş Gürcüstandan deportasiya edilib. Bu göstərici əvvəlki ilin ümumi rəqəmindən xeyli çoxdur.
Bu mövzuda digər xəbərlər:Gürcüstan azərbaycanlı da daxil olmaqla 86 əcnəbini deportasiya edib
28 May 2026 11:52
Gürcüstan 57 əcnəbini deportasiya edib
03 Fevral 2026 11:04
Gürcüstan 85 əcnəbini deportasiya edib
25 Fevral 2026 12:53
Gürcüstan 56 əcnəbini deportasiya edib
21 Aprel 2026 13:07
Gürcüstan azərbaycanlılar da daxil 78 əcnəbini deportasiya edib
16 Sentyabr 2026 11:27
Baxış sayı:129
Bu xəbər 08 Sentyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















