Gürcüstan Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayıb
Icma.az bildirir, 525.az portalına istinadən.
Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqların başa çatmasını alqışlayır.
525.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşü zamanı deyib.
Görüşdə həmçinin, regionda mövcud çağırışlar, Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyəti müzakirə olunub.
İrakli Kobaxidze qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqların başa çatması regionda uzunmüddətli sabitliyə nail olmaq üçün tarixi bir addımdır.
Tərəflər strateji tərəfdaşlığın gündəliyində duran əsas məsələlərə, o cümlədən ticarət-iqtisadi, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığa diqqət yetiriblər.

Misir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başa çatmasını alqışlayıb
18 Mart 2025 19:47
Albaniya Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
14 Mart 2025 15:45
Bakı və İrəvan arasında sülh sazişi… Gülər
26 Noyabr 2024 15:59
Bakı və İrəvan arasında sülh sazişi... Gülər
26 Noyabr 2024 16:01
Gürcüstan Bakı ilə İrəvan arasında vasitəçi olmaq istəyir
30 Yanvar 2025 11:17
