Gürcüstan Baş Prokurorluğunun nümayəndəsi: Konstitusiya olmasaydı, qanunlar əsaslarını itirərdi
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Laçın, 22 avqust, AZƏRTAC
Konstitusiya sadəcə hüquqi mətn deyil, millət olaraq kim olduğumuzu müəyyən edən ali qanundur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindelia Laçında Baş Prokurorluq tərəfindən keçirilən beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, konstitusiya olmasaydı, qanunlar öz əsaslarını itirər, dövlət qurumları legitimlikdən məhrum olardı: “Konstitusiya vətəndaşları özbaşına hakimiyyətdən qoruyan qalxan, hüquqi və siyasi sistemimizi istiqamətləndirən kompasdır. İndi bu konstitusiya çərçivəsində prokurorluq çox xüsusi yer tutur. Onun rolu təkcə hüquqi deyil, həm də konstitusiya və sosialdır. Prokurorluq dövlətin qanunları həyata keçirmək vəzifəsi ilə vətəndaşın ədalət mühakiməsi hüququnun kəsişməsində dayanır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 22 Avqust 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















