“Gürcüstan bütün istiqamətlər üzrə aparıcı mövqedədir”
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
"Obyektiv qiymətləndirmə aparılan hər yerdə Gürcüstan ön sıradadır. Bu, ölkəmizin qiymətləndirilə biləcəyi bütün meyarlara, o cümlədən insan hüquqlarının müdafiəsinə də aiddir".
Missiya.Az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazir İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı illik hesabatı barədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, obyektiv qiymətləndirmələrin fonunda Gürcüstana qarşı səsləndirilən bəzi bəyanatlar qərəzlidir və bu, yalnız siyasi motivlərlə izah oluna bilər.
"Harada obyektiv yanaşma varsa, Gürcüstan öndədir. Bu, insan hüquqları, demokratiya, təhlükəsizlik və iqtisadi inkişaf da daxil olmaqla bütün sahələrə aiddir. Gürcüstan bütün istiqamətlər üzrə aparıcı mövqedədir və bu, obyektiv faktlara əsaslanır. Lakin buna baxmayaraq, ölkəmizə qarşı bəzi qərəzli bəyanatlar verilir ki, onların da yalnız siyasi motivləri ola bilər," – deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti insan alveri ilə bağlı illik hesabatını dərc edib və hesabatda Gürcüstan da yer alıb.
Sənəddə deyilir ki, Gürcüstan hökuməti insan alveri ilə mübarizə sahəsində tələb olunan minimum standartlara tam cavab verir.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 01 Oktyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















