Gürcüstan daha 13 əcnəbini deportasiya etdi Aralarında azərbaycanlılar da var
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gürcüstan son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini pozaraq yaşayan 13 əcnəbini deportasiya edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, Gürcüstandan deportasiya olunan şəxslər Azərbaycan, Türkmənistan, İran, Kuba, Türkiyə və Tailand vətəndaşlarıdır.
Ümumilikdə son bir il ərzində ölkədən 1311 qanunsuz miqrantın çıxarıldığı vurğulanıb. Mövcud qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin ölkəyə girişi qadağan edilib.
Qeyd edək ki, Gürcüstanda qanunsuz miqrasiya ilə mübarizəni daha da gücləndirmək üçün miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər 2025-ci il oktyabrın 1-də qüvvəyə minib. Dəyişikliklərə əsasən, bu ölkədə yaşama müddətini aşan əcnəbilər 1000 ilə 3000 lari arasında (təqribən 630 AZN-dən 1890 AZN-dək) cərimələnir. Cərimə isə onların Gürcüstanda qanunsuz qalma müddətindən asılı olaraq dəyişir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Yanvar 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















