Icma.az
close
up
RU
“Gürcüstan Dəmir Yolu”nun mənfəəti 2 faiz artıb AZƏRTAC

“Gürcüstan Dəmir Yolu”nun mənfəəti 2 faiz artıb AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisi, 22 noyabr, AZƏRTAC

Cari ilin doqquz ayında “Gürcüstan Dəmir Yolu” Səhmdar Cəmiyyətinin (GDY) mənfəəti 490,5 milyon lari təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2 faiz çoxdur. Şirkətin xalis mənfəəti isə 26 faiz azalaraq 75,4 milyon lari təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilir.

Məlumata görə, şirkətin mənfəətinin azalması milli valyutanın dəyər itirməsi ilə əlaqədardır. Belə ki, məzənnə fərqindən şirkət 17 milyon lari itirib.

GDY-nın gəlir mənbələri əsasən yük daşımaları, logistika xidmətləri, yüklərin idarə edilməsi, sərnişin daşımaları, transsərhəd vaqon xidmətlərinə görə haqlar, vaqon icarəsi və s hesabına formalaşıb. Bildirilir ki, şirkətin yük dövriyyəsi 2 milyon 988 min ton təşkil edib ki, bu da 2023-cü ilin doqquz ayı ilə müqayisədə 3,5 faiz çoxdur. 2024-cü ilin yanvar-sentyabr aylarında sərnişin dövriyyəsi 8,9 faiz azalaraq 489 milyon təşkil edib.

“Gürcüstan Dəmir Yolu” SC dövlət şirkəti hazırda həm dəmir yolu relslərinin, həm də bütün qatarların sahibidir. O, əsasən şərqdə Xəzər dənizi və Mərkəzi Asiyadan qərbdə Qara dənizə müxtəlif yükdaşıma xidmətləri göstərir. GDY həm də daxili və beynəlxalq sərnişin daşımalarını təmin edir.

Gürcüstan ərazisindən tranzit marşrutlarının inkişafı bu sahəyə böyük investisiyalar yatıran Gürcüstan hökumətinin ən mühüm prioritetlərindən biridir. Bu baxımdan, bütün ölkə ərazisində qurulan əsas infrastruktur yeni İpək Yolunun tərkib hissəsidir. Bura Şərq-Qərb avtomobil yolu, dəmir yolunun modernləşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Anaklia dərin dəniz limanı layihəsi daxildir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri