Gürcüstan DTX nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Qriqol Liluaşvili 13 il müddətinə azadlıqdan məhrum olunub.
APA-nın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.
Qriqol Liluaşvili ötən gün məhkəmə iclasında son sözlə çıxışında ona qarşı irəli sürülən ittihamları rədd edib.
Qeyd edək ki, 2019-cu ilin oktyabrından 2025-ci ilin aprelinədək DTX rəhbəri vəzifəsini tutmuş Qriqol Liluaşvili ötən ilin dekabrında saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvətxorluqda və “çağrı mərkəzləri”nin fəaliyyətinə himayədarlıqdan əldə olunan gəlirlərin müxalifətin maliyyələşdirilməsi üçün istifadə edilməsində ittiham olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 Sentyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















