Gürcüstan DTX uranı 3 milyona satmaq istəyən şəxsi saxladı
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Batumidə uranı satmağa və almağa cəhd edən Gürcüstan vətəndaşı və bir əcnəbi həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinin direktoru Baça Mqeladze açıqalyıb.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslər uranı 3 milyon dollara alıb-satmaq istəyiblər.
Bu nüvə materialı gücü və radiasiya mənbəyi nəzərə alınmaqla, terror aktı üçün partlayıcı qurğular hazırlamaq üçün yararlıdır.
Saxlanılan şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsi (nüvə materiallarının və ya qurğularının, radioaktiv tullantıların və maddələrin qanunsuz emalı) ilə cinayət işi başlanıb. Bu maddə ilə onları 5 ildən 10 ilə qədər həbs gözləyir.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 17 İyul 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















