Gürcüstan futbolunda ən bahalı transfer Kvaratsxeliya PSJyə keçir
Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcü futbolçu, İtaliyanın “Napoli” FK-nın və Gürcüstan yığmasının vinqeri Xviça Kvaratsxeliya Fransın “Pari Sen-Jermen” klubuna keçir.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın idman nəşrləri yazıb.
Transferlə bağlı futbol klubları arasında razılıq əldə edilib, müqavilənin yaxın zamanlarda imzalanacağı gözlənilir.
İtaliya klubu transferə görə təxminən 70 milyon avro (bonuslarsız) əldə edəcək. Futbolçunun “PSJ”yə keçidi Gürcüstan futbolunun tarixində ən bahalı transfer olub.
X.Kvaratsxeliyanın “PSJ”də maaşı “Napoli” ilə müqayisədə ildə 1,5 milyon avrodan 7-7,5 milyon avroya qədər yüksələcək. Futbolçu ilə müqavilənin beş il müddətinə bağlanacağı bildirilir.
Qeyd edək ki, X.Kvaratsxeliya “Napoli”yə 2022-ci ildə keçib.O, komandada oynadığı 107 matçda 30 qol vurub, 24 nəticəli ötürmə edib. Buna qədər furbolçu Batuminin “Dinamo” klubunda oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 Yanvar 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















