Gürcüstan gələcəkdə “üç üstəgəl üç” formatında iştirakını istisna etmir
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstan parlamentinin sədr müavini Gia Volski gələcəkdə Gürcüstanın “3+3” məsləhətçi regional platforma formatının işində iştirakının mümkünlüyünü istisna etməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Gələcəkdə bu, tamamilə mümkündür, lakin indiki mərhələdə bu məsələ gündəmdə deyil, Gürcüstanın maraqlı olması və formatda iqtisadi və siyasi iştiraka hazır olması üçün heç bir ilkin şərt yoxdur", - Volski jurnalistlərə bildirib.
Xatırladaq ki, Cənubi Qafqaz və Yaxın Şərqdə əməkdaşlıq üzrə altıtərəfli (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) məsləhətləşmə formatının işə salınması 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Ərdoğan tərəfindən təklif edilib. Üç görüş keçirilib, lakin Gürcüstan onlara qatılmayıb.
Baxış sayı:119
Bu xəbər 20 Fevral 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















