Gürcüstan hakimiyyəti Aİyə üzvlüklə bağlı danışıqları təxirə salıb, ölkədə etirazlar başlayıb
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstan polisi xüsusi texnika, o cümlədən su şırnaqlarından istifadə edərək etirazçıları Tbilisidə parlament binasından uzaqlaşdırıb. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər təxirə salmaq qərarını açıqlamasından sonra daha bir irimiqyaslı aksiya başlayıb. Bu barədə BBC yazır.
Tbilisidə etirazçılar bir neçə yerdə, o cümlədən hakim “Gürcü Arzusu” partiyasının ofisinin yaxınlığında və Rustaveli prospektində parlamentin qarşısına toplaşıblar.
Aksiyada minlərlə insan iştirak edib. Gecə saatlarında polis və çevik qüvvələr gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək etirazçıları saxlamağa başlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi nümayişin qanunla müəyyən edilmiş normaları aşdığını”bəyan edib.
Baş nazir ölkənin yenilənmiş hökumətini təsdiqlədikdən bir neçə saat sonra hakim “Gürcü arzusu” partiyasının Aİ ilə danışıqların təxirə salınması ilə bağlı bəyanatını oxuyub. Müxalifət yeni parlamentin legitimliyini tanımır.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 29 Noyabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















