Gürcüstan hakimiyyəti dezinformasiyaya görə Britaniyanın BBC kanalına qarşı iddia qaldırmağı planlaşdırır
Icma.az, Oxumeni.az saytına istinadən bildirir.
Gürcüstan hakimiyyəti dezinformasiyaya görə BBC-yə qarşı iddia qaldırmaq üçün Britaniya qanunlarını öyrənir. Bu barədə ölkə parlamentinin spikeri Şalva Papuaşvili “Sputnik Gürcüstan”-a verdiyi açıqlamada bildirib.
"Gürcüstana qarşı aparılan hibrid hücumun təbliğat vasitələrindən biri olmuş o iyrənc yalanı ifşa etmək üçün bütün hüquqi vasitələrdən istifadə edirik. Buna görə də, müvafiq nəticə əldə etmək üçün bu prosesə hazırlıqlı girməliyik. Hakimiyyətin marağındadır ki, şikayət üçün hər hansı bir təhlükə yaradan prosedural pozuntuya yol verilməsin. Hüquqşünaslar bu məsələ üzərində işləyirlər, bu, prosedurun başlanması üçün zəruridir", - deyə Papuaşvili bildirib.
Daha əvvəl Britaniyanın BBC telekanalı, ötən il Tbilisidə hökumət əleyhinə keçirilən etiraz aksiyalarının yatırılması zamanı hakimiyyətin Birinci Dünya müharibəsi dövrünə aid olan "камит" (zəhərli döyüş maddəsi) istifadə etdiyini iddia etmişdi.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu iddiaı təkzib edərək, mitinqlərin dağıdılması zamanı İsraildən alınan xlorbenzalmalononitril maddəsindən istifadə olunduğunu bildirib.
Noyabrın 10-da ABŞ prezidenti Donald Tramp da BBC-yə qarşı 6 yanvar 2021-ci il tarixli çıxışı ilə bağlı yalan məlumat yaydığına görə 5 milyard dollar təzminat tələbi ilə iddia qaldırmışdı. Trampın hüquq komandasının nümayəndəsi bildirmişdi ki, "BBC ABŞ prezidentini ləkələyib, öz sənədli filmini qəsdən və çaşdırıcı şəkildə redaktə edərək prezident seçkilərinə müdaxilə etməyə çalışıb".
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 20 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















