Gürcüstan hakimiyyəti Ukrayna Maydanının ölkədə təkrarlanmasına icazə verməyəcək
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstanda etiraz aksiyaları 2014-cü ildə Ukraynadakı Maydanla analoji olaraq xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilir.
APA xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze Tbilisidə davam edən mitinqlər fonunda vəziyyəti jurnalistlərə şərh edərkən bildirib.
“Əslində, bütün bunlar Maydanda (Ukraynada) olduğu kimi, xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilir. Xüsusi xidmət orqanları Maydanı maliyyələşdirdi və bütün bunlar Ukrayna üçün nəyə gətirib çıxardı - bu gün Ukrayna dövləti çökdü. Xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən inqilabdan sonra Ukrayna iki müharibə yaşadı. Əlbəttə, biz bu ssenarinin Gürcüstanda təkrarlanmasına yol verə bilmərik və bunun üçün resurs yoxdur”, - Kobaxidze qeyd edib.
Baş nazir onu da qeyd edib ki, Gürcüstan hakimiyyəti etiraz aksiyalarını diqqətlə izləyir və sabitliyi təmin etmək üçün lazımi tədbirlər görməyə hazırdır, hər hansı destabilizasiya cəhdlərinin qarşısı qanun çərçivəsində alınacaq.
Kobaxidzenin sözlərinə görə, son aylarda xarici qurumların ölkənin daxili işlərinə müdaxilə cəhdləri qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 22 Sentyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















