Icma.az
close
up
RU
Gürcüstan hava limanlarında rekord sayda sərnişin və uçuş qeydə alınıb AZƏRTAC

Gürcüstan hava limanlarında rekord sayda sərnişin və uçuş qeydə alınıb AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tbilisi, 14 yanvar, AZƏRTAC

Ötən il Gürcüstan hava limanları 7 425 399 sərnişinə xidmət göstərib, hava limanlarında 31 937 aviareys qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanları Assosiasiyasının (UAG) baş direktoru İrakli Karkaşadze məlumat verib.

Onun sözlərinə görə, 2023-cü illə müqayisədə sərnişinlərin sayı 24 faiz, uçuşların sayı isə 25 faiz artıb.

Gürcüstan Hava Limanları Assosiasiyasının (UAG) məlumatına görə, 2024-cü ildə Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanında 4 750 830 sərnişinə xidmət göstərilib. Bu da rekord göstəricidir. Həmçinin qeyd olunan dövrdə 22 715 uçuş həyata keçirilib. Bu, əvvəlki illə müqayisədə müvafiq olaraq 29 faiz və 30 faiz artım deməkdir. (2023-cü il - 3 693 942 sərnişin, 17 456 uçuş).

Kutaisi Beynəlxalq Hava Limanına gəlincə, 2024-cü ildə Davit Aqmaşenebeli adına hava limanı 1 722 809 sərnişinə xidmət göstərib, 5078 aviareys qeydə alınıb. Əvvəlki illə müqayisədə sərnişin axını 3 faiz, reyslərin sayı isə 1 faiz artıb.

Ötən ilin tarixi maksimumu Aleksandre Kartveli adına Batumi Beynəlxalq Hava Limanında qeydə alınıb: 951 760 sərnişin və 4 144 aviareys.

Bildirilib ki, 2025-ci ilin martından Böyük Britaniyanın flaqmanı olan “British Airways” Gürcüstanın hava bazarına daxil olacaq. Həmçinin, mart ayından Britaniyanın aşağı büdcəli aviaşirkəti isə London, Cenevrə və Milana birbaşa müntəzəm uçuşlara başlayacaq.

Aprelin 9-dan “Transavia France” Gürcüstanın hava bazarında Paris-Tbilisi-Paris istiqamətində uçuşlar həyata keçirməyə başlayacaq. Həmçinin aprelin 12-dən etibarən Edelveys həftədə 2 tezliklə Sürix-Tbilisi-Sürix istiqamətində uçuşlar həyata keçirəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri