Icma.az
close
up
RU
Gürcüstan insan alveri ilə mübarizədə böyük nailiyyətlər əldə edib ABŞ DÖVLƏT DEPARTAMENTI

Gürcüstan insan alveri ilə mübarizədə böyük nailiyyətlər əldə edib ABŞ DÖVLƏT DEPARTAMENTI

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gununsesi.info xəbər verir ki, ABŞ Dövlət Departamenti insan alveri ilə mübarizə üzrə 2025-ci il üçün illik hesabatında yazılıb.

Hesabatda Gürcüstanın mövqeyi də xüsusi vurğulanır. Sənədə əsasən, Gürcüstan insan alverinin qarşısının alınması üçün minimal standartlara tam cavab verən və müsbət irəliləyiş nümayiş etdirən ölkə kimi “Birinci səviyyə” (Tier 1) ölkələr siyahısında yer alıb.

Departamentin açıqlamasında qeyd olunur ki, Gürcüstan hökuməti hesabat dövründə insan alverinə qarşı ciddi və davamlı səylər göstərib.

Bu səylərə daha çox alverçinin cinayət məsuliyyətinə cəlb olunması, daha çox qurbanın müəyyənləşdirilməsi və sığınacaqlara ayrılan maliyyənin artırılması daxildir. Bir neçə ildən sonra ilk dəfə olaraq, məhkəmələr zərərçəkmişlərə kompensasiya təyin edib.

Eyni zamanda, Baş Prokurorluq insan alveri işlərində qurban-şahid koordinatorlarının təyinini məcburi edən direktiv yayıb.

Bununla yanaşı, hesabatda çatışmazlıqlar da qeyd olunur.

Sənədə əsasən, Gürcüstanda cinsi istismarla bağlı işlərin araşdırılması və təqibi sahəsində səylər hələ də kifayət qədər deyil. Hüquq-mühafizə orqanlarının qurbanlardan məhkəmə prosesləri başa çatanadək ölkədə qalmağı tələb etməsi, əcnəbi qurbanlarla əməkdaşlığa maneə yaradır. Eyni zamanda, hüquq-mühafizə ilə əməkdaşlıq etməyən qurbanların müəyyənləşdirilməsi və onlara xidmətlərin göstərilməsi minimal səviyyədə qalır. Vətəndaş cəmiyyəti ilə sistemli əməkdaşlığın olmaması da hökumətin səylərinə mənfi təsir göstərir.

Hesabatda Gürcüstan hökumətinə aşağıdakı tövsiyələr verilir:

Xüsusilə cinsi istismar hallarının daha fəal araşdırılması və təqsirkarların ciddi cəzalandırılması;

Risk qruplarında insan alveri əlamətlərinin yoxlanılması ilə qurbanların aşkarlanması;

Hüquq-mühafizə orqanlarının peşəkarlığının artırılması;

Sübutlara əsaslanan əməliyyatlar üçün resurs və təlimlərin genişləndirilməsi;

Qurbanların məhkəmə proseslərində iştirakının təşviqi;

Əmək müfəttişliyi və digər qurumların resurslarının gücləndirilməsi;

Vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlıq;

Şuranın şəffaflığının artırılması və görülən işlər barədə mütəmadi məlumatların paylaşılması.

Hesabatda qeyd olunur ki, Gürcüstan insan alverinin həm mənşə, həm də tranzit ölkəsi kimi qalır. Gürcü qadın və qızlar ölkə daxilində, xüsusən Acarada, eləcə də xarici ölkələrdə – Kipr, Misir, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində cinsi istismara məruz qalırlar. Qurbanlar əsasən yüksək maaşlı iş vədi ilə aldadılır və sonradan istismara məruz qalırlar.

Gürcüstan, eyni zamanda, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan qadınların tranzit ölkəsi kimi çıxış edir. Alverçilər isə onlayn platformalardan istifadəni artıraraq qurbanların cəlb edilməsində yeni üsullara əl atırlar.

Hesabatda, həmçinin Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazilərinin hökumət nəzarətindən kənarda qalması və bu bölgələrdə Rusiyanın dəstək verdiyi qondarma rejimlərin fəaliyyət göstərməsi də qeyd olunur.

ABŞ Dövlət Departamentinin təsnifatına əsasən, “Birinci səviyyə”yə daxil olan ölkələr insan alverinə qarşı mübarizə sahəsində minimal standartlara tam cavab verən ölkələrdir. Bu siyahıya Gürcüstanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İsveç, Kanada, Avstraliya, Yaponiya və digər 30-dan çox ölkə daxildir.

Afət Abbasova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri