Gürcüstan iqtisadçıları ölkədə vəziyyətin kritik həddə çatmayacağını düşünürlər AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisi, 18 dekabr, AZƏRTAC
Gürcüstana tətbiq olunan sanksiyalardan sonra vəziyyətin ağırlaşacağı, heç kimin sanksiya tətbiq olunmuş ölkə ilə əməkdaşlıq etməyəcəyi barədə fikirlər tamamilə qeyri-ciddidir və yanlışdır. Gələn il yanvarın 25-dən sonra vəziyyət tamamilə dəyişəcək.
AZƏRTAC xəbər verir ki, ölkədə vəziyyətin kritik həddə çatmayacağını düşünən gürcü iqtisadçılar belə hesab edirlər. Onlar bildirirlər ki, ciddi analiz edilməmiş və əsaslandırılmamış rəylərin ictimaiyyətə çatdırılması düzgün deyil. Akademik Avtandil Silagadzenin fikrincə, kiçik uğursuzluqlar olacaq, lakin ölkə kritik həddə çatmayacaq. Donald Trampın rəsmi prezidentliyindən sonra münasibətlər yoluna qoyulacaq və vəziyyətin dramatikləşməsi dərhal başa çatacaq, münasibətlər yenidən qurulacaq. Onun sözlərinə görə, hələlik heç bir radikal sanksiyalar tətbiq edilməyib. Bəzi xoşagəlməz məqamlara baxmayaraq, bu gün elə bir vəziyyət yoxdur ki, kimsə bizimlə əməkdaşlıqdan imtina etsin. Təbii ki, gecikmə olacaq, haradasa münasibətlər zəifləyəcək, amma haradasa möhkəmlənəcək.
“Qısa müddətdə ciddi pozulma olacağı öz-özünə aydındır, amma uzunmüddətli perspektivdə ümid edirəm ki, vəziyyət tənzimlənəcək və işlər yaxşılığa doğru inkişaf edəcək. Biz əlimizdən gələni etməliyik ki, Qərblə münasibətləri normallaşdıraq, Rusiya ilə münasibətləri çətinləşdirməyək, müharibəyə qarışmayaq”, - deyə A.Silagadze vurğulayıb. O bildirirb ki,nəzəri cəhətdən xarici investisiyalar və Qərblə ticarət olmasa, iqtisadiyyatda vəziyyət çətinləşəcək, lakin ölkə belə kritik həddə çatmayacaq. Digər tərəfdən hökumətin, hakim qrupların formalaşacağını və bunun xalqa təsir etməyəcəyini demək yanlışdır, çünki bu, bütün hallarda əhaliyə təsir edəcək.
İqtisadçı alim Giorgi Tsutskiridze də Amerika hökumətinin dəyişməsindən sonra münasibətlərin bərpa olunacağını gözləyir. İqtisadçının fikrincə, heç kimin Gürcüstanla əməkdaşlıq etmək istəməyəcəyindən danışmaq radikal prosesdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 18 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















