Icma.az
close
up
RU
Gürcüstan İtaliyadan benzin almağa başlayıb

Gürcüstan İtaliyadan benzin almağa başlayıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə müəssisəsi olan “SOCAR Georgia Petroleum” “Italiana petroli”dən ilk benzin partiyasını idxal edib. İtaliyadan alınmış 5 min ton yüksəkkeyfiyyətli benzin “Avropa EN 228” standartına uyğundur.

Avtomobil yanacağı qonşu ölkəyə Azərbaycan Dövlət Neft Şirkətinə məxsus gəmi ilə çatdırılıb. Bu, SOCAR-ın “API holding” şirkətindən İtaliya şirkətinin səhmlərinin 99,82 faizini almasından sonra “SOCAR Georgia petroleum” ilə “Italiana petroli” arasında həyata keçirilən ilk kommersiya təchizatı əməliyyatıdır.

“Əməliyyat qrup daxilində əməkdaşlığın genişləndirilməsinin, emal, dəniz logistikasını, yerli paylama və pərakəndə satış fəaliyyətlərini vahid beynəlxalq aşağı axın dəyər zəncirində birləşdirən yanaşmanın praktiki nəticəsidir. Gürcüstan bazarı baxımından isə bu əməliyyat yanacaq təchizatı mənbələrinin şaxələndirilməsinə və yanacaq təminatının etibarlılığının artırılmasına imkan verir”, – deyə məlumatda qeyd olunub.

“SOCAR Georgia petroleum” şirkətinin direktoru Nodar Kançaveli bu barədə deyib: “SOCAR group”un tərkibində olmaq bir bazardakı təcrübə və imkanların digər bazarda real nəticələr yaratması baxımından əlavə dəyər formalaşdırır. “Italiana Petroli”nin emal sahəsində təcrübəsi və keyfiyyətə nəzarət imkanlarını SOCAR-ın beynəlxalq logistika və yerli paylama infrastrukturu ilə birləşdirərək Gürcüstanda yanacaq təchizatı portfelimizi daha da şaxələndiririk. Yerli müştərilər üçün bu, qəbul etdiyimiz Avropa standartlarına uyğun yüksəkkeyfiyyətli yanacağa etibarlı çıxışın davam etdirilməsi deməkdir”. Onun sözlərinə görə, bu əməkdaşlıq Gürcüstanda Avropa standartlarına cavab verən yanacağın daha etibarlı və fasiləsiz təchizatına xidmət edəcək.

Xatırladaq ki, Dövlət Neft Şirkəti bütün lazımi tənzimləyici razılıqları əldə etdikdən sonra 2026-cı il mayın 8-də “Italiana Petroli” şirkətinin səhmlərinin satın alınması prosesini tamamlayıb. Bu əməliyyat şirkətə Avropa qitəsində neft emalı və yanacağın pərakəndə satışı üzrə fəaliyyətini daha da genişləndirmək imkanı verib.

Dövlət Neft Şirkəti Gürcüstan bazarında 2006-cı ildən fəaliyyət göstərir. Həmin il “SOCAR energy Georgia” Azərbaycan şirkətinin ölkə hüdudlarından kənarda təsis etdiyi ilk törəmə struktur kimi fəaliyyətə başlayıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri