Icma.az
close
up
RU
Gürcüstan MSKnın iclasında dava: sədrin üstünə boya atıldı

Gürcüstan MSKnın iclasında dava: sədrin üstünə boya atıldı

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkilərinin nəticələrinin yekununa həsr edilən iclası qalmaqal və dava ilə başlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, komissiyanın müxalifətçi üzvü, Milli Hərəkatın nümayəndəsi David Kirtadze Mərkəzi Seçki Komissiyasının sədri Georgi Kalandarişvilinin üzərinə qara boya töküb.

“Siz gürcü xalqını eşitmirsiniz, etirazçıların tələbələrini dinləmirsiniz. Siz Gürcüstanın, bizim gələcəyimizi əlimizdən aldınız, ölkəmizi Rusiyaya tərəf qovursunuz. Mən sizə sədr də deyə bilmərəm, siz “nöqtə ru” sunuz. Sən qara ləkəsən”, – deyə Kirtadze bir stəkan tünd rəngli mayeni Kalandarişvilinin üzünə atıb.

Bundan sonra dava düşüb və iclas yarımçıq kəsilib.

Hakimiyyətin əleyhdarları hesab edirlər ki, seçkilər zamanı səsvermənin gizliliyi pozulub – bülletenlərin arxa tərəfində marker işarələri var. Onlar təkid edirlər ki, bu səbəbdən elektron seçki qutuları quraşdırılan məntəqələrin 90 faizində seçkinin nəticələri ləğv edilməlidir. Yerli qeyri-hökumət təşkilatlarının və müxalifətin müvafiq tələbləri Gürcüstan məhkəmələri tərəfindən təmin edilməyib.

Eyni zamanda MSK-nın ofisinin yaxınlığında etiraz aksiyası keçirilir. Orada seçkilərin saxtalaşdırıldığını hesab edən bir neçə yüz adam toplaşıb. Etirazçılar arasında həm müxalif siyasətçiləri, həm də sadə vətəndaşlar var. Hadisə yerinə çoxlu sayda polis səfərbər edilib.

Qeyd edək ki, 26 oktyabrda keçirilən seçkilərdə hakim Gürcü Arzusu 53,93% səslə qalib gəlib. Dörd müxalifət partiyası beş faizlik baryeri keçərək parlamentə düşə bilib: “Dəyişiklik üçün Koalisiya” (11%), “Birlik – Milli Hərəkat” (10,16%), “Güclü Gürcüstan” (8,8%), “Gürcüstan üçün Qaxariya” (7,76%).

***

Gürcüstan Mərkəzi Seçki Komissiya qısa fasilədən sonra öz işinə davam edib.

MSK-nın sədri Georgi Kalandarişvili yekun sənədi imzalayıb.

Yekun nəticəsəyə görə 150 yerlik parlamentdə partiyaların təmsilçiliyi belədir:

– Gürcü Arzusu 53,93% səs, 89 mandat;

– Dəyişiklik Koalisiyası – 11,03% səs, 19 mandat;

– “Birlik – Milli Hərəkat” – 10,17% səs, 16 mandat;

– “Güclü Gürcüstan” – 8,81% səs, 14 mandat;

– “Gürcüstan üçün Qaxariya” – 7,78% səs, 12 mandat.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri