Gürcüstan Müdafiə Nazirliyi hökumətin qərarına qarşı
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Gürcüstanda XİN-lə yanaşı, Müdafiə Nazirliyi daxilində də hökumətin avrointeqrasiyadan imtina qərarına qarşı etirazlar yüksəlir.
Gununsesi.info-nun xəbərinə görə, nazirliyin 40-dan çox əməkdaşı bu gün bəyanat imzalayaraq ölkənin Avropa kursuna sadiqliklərini bildiriblər.
Bəyanatda bildirilir ki, Avropa və avroatlantik strukturlara inteqrasiya etmək, Gürcüstanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinin yeganə yoludur.
MN əməkdaşları bəyan ediblər ki, Konstitusiyanın 78-ci maddəsində təsbit olunmuş vəzifələri (avroatlantik inteqrasiya) yerinə yetirməyi borc sayırlar və ölkənin Avropa gələcəyi naminə xidmətə davam edəcəklər.
Bəyanata bu saatlarda Müdafiə Nazirliyinin müxtəlif idarələrinin 43 əməkdaşı imza atıb.
XİN daxilindəki bəyanata qoşulan diplomatların sayı isə 100-ü ötüb.
Xatırladaq ki, Gürcüstanın baş naziri ölkəsinin Avroatlantik məkana inteqrasiyası üçün danışıqları dayandırdıqlarını deyib.
Orxan
Gununsesi.info
Baxış sayı:64
Bu xəbər 29 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















