Gürcüstan parlamenti müxalifətsiz, təsdiqsiz toplanır
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Qeyd edir ki, ölkə tarixində ilk dəfə olaraq parlamentin ilk iclası prezidentin təsdiqi olmadan keçiriləcək. Buna səbəb Prezident Salome Zurabişvilinin oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini və parlamentin legitimliyini tanımaqdan imtina etməsidir.
Eyni zamanda, parlamentə düşən müxalifət partiyaları da iclasa qatılmayacaq.
Xatırladaq ki, Gürcüstan parlamenti 150 yerdən ibarətdir. Deputatların 50+1 faizi (76 deputat) iştirak etdiyi halda parlamentin öz işinə başlamaq hüququ var. Hakim Gürcü Arzusu isə 89 deputat yeri qazanıb.

Gürcüstan parlamenti müxalifətsiz fəaliyyət göstərəcək
19 Noyabr 2024 16:43
Gürcüstan parlamenti faktiki olaraq müxalifətsiz qalıb
05 Fevral 2025 16:13
Gürcüstan parlamenti bu vəziyyətdədirVİDEO
01 Dekabr 2024 18:10
Gürcüstan parlamenti bu vəziyyətdədir VİDEO
01 Dekabr 2024 18:38
Gürcüstan parlamenti vətəndaşlara bağlandı SƏBƏB
29 Noyabr 2024 10:37

