Gürcüstan parlamentindən Brüsselə sərt CAVAB
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladze Brüsselin Gürcüstanın daxili işlər naziri və yüksək rütbəli polis zabitlərinə qarşı sanksiyalar tətbiq etmək təklifini tənqid edib.
Modern.az-ın məlumatına görə, o, sözügedən təklifi hədsiz və əsassız adlandırıb
“Ölkəsinin mənafeyinin keşiyində duran, ölkəmizdə əmin-amanlığın təmin olunmasına çalışan, yalnız öz xalqına xidmət edən insanların bu işə görə cəzalandırılması ağlasığmazdır. Bu cür qeyri-bərabər münasibətin olması və insanları sırf öz vətənlərini sevdiklərinə görə barmağını göstərib cəzalandırmaq qəti şəkildə qəbuledilməzdir”, - Qorduladze bildirib.

Pekin Brüsselə cavab verəcək
21 İyul 2025 13:08
Heç vaxt Orbandan Brüsselə cavab
19 İyul 2025 19:38
Avropa Parlamentindən Gürcüstan hökumətinə sərt etiraz
11 İyul 2025 20:20
Zelenski Brüsselə gedib
18 Dekabr 2024 23:20
Gürcüstan parlamentindən SON GÖRÜNTÜLƏR
01 Dekabr 2024 19:49

