Gürcüstan parlamentinin lik iclası bu tarixdə keçiriləcək Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ölkə parlamentinin ilk iclasının seçkilərin rəsmi nəticələri elan edildikdən 10 gün sonra, yəni noyabrın 25-də keçiriləcəyini açıqlayıb.
Bu barədə "aspny.ge" portalı məlumat yayıb.
Baş nazir, qanunverici orqanın legitimliyi ilə bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, heç bir ölkədə parlamentin müxalifətin legitimliyinə ehtiyacı yoxdur və əks halda, heç bir demokratik sistem fəaliyyət göstərə bilməzdi.
"Parlamentin ilk iclasına gəldikdə, bildiyiniz kimi, son tarixlər Gürcüstan Konstitusiyası ilə müəyyən edilir. Güman edirik ki, Gürcüstanın hələ də formal Prezidenti olan Salome Zurabişvili növbəti dəfə Gürcüstan Konstitusiyasını pozacaq və parlamentin ilk iclasını təyin etməyəcək. Belə olan halda, Gürcüstan parlamenti seçkilərin rəsmi nəticələrinin dərcindən 10 gün sonra, yəni noyabrın 25-də toplaşacaq. Bu, Konstitusiya ilə təsbit edilib," - deyə Kobaxidze qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 17 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















