Gürcüstan paytaxtında İZDİHAM GÖZLƏNTİSİ: Mitinq üçün meydança tikilir
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan parlamentinin binası yaxınlığında müxalifətin bazar günü, noyabrın 24-ü axşama planlaşdırılan mitinqi üçün meydança tikilir.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd edilib ki, polis əməkdaşları strukturların yığılmasına nəzarət edir. Binanın kənarında polis maşınları yerləşdirilib.
Noyabrın 24-də Gürcüstan Daxili İşlər Nazirliyi müxalifətə xəbərdarlıq edib ki, parlament binası və ya digər dövlət qurumlarının blokadaya məruz qalması halında cinayət məsuliyyəti yaranacaq.
Bir gün əvvəl Tbilisidə Gürcüstanda parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətin etiraz aksiyaları yenidən başlayıb. Müxalifət noyabrın 24-də mitinq elan edib
Oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası parlamentdəki 150 yerdən 89-unu qazanaraq qələb qazanıb.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 24 Noyabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















