Gürcüstan polisi Tbilisi hava limanında böyük həcmdə narkotik ələ keçirib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 15 sentyabr, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisi beynəlxalq hava limanında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib. Nəticədə 1988-ci il təvəllüdlü İ.S. adlı xarici ölkə vətəndaşı saxlanılıb və ondan küllü miqdarda narkotik maddə götürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları əcnəbidən 34 bağlamada 19 kiloqram 400 qram narkotik vasitə olan marixuananı maddi sübut kimi götürüblər.
Saxlanılan şəxsə qarşı külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması maddəsi ilə ittiham irəli sürülüb. Onu bu əməlinə görə 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
Faktla bağlı araşdırma davam etdirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 15 Sentyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















