Gürcüstan Prezidenti Azərbaycanın Tbilisidəki səfiri ilə strateji tərəfdaşlığı müzakirə edib
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili özünün sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, görüş zamanı tərəflər Gürcüstan ilə Azərbaycan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər. Prezident bildirib ki, Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq regionda sabitlik və inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident, həmçinin Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi daimi və dəyişməz dəstəyə görə səfirə təşəkkürünü bildirib.
Görüş zamanı strateji tərəfdaşlıq çərçivəsində siyasi, iqtisadi və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.


