Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Newscenter.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Eyni zamanda Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti aprelin 16-da Şəhidlər xiyabanını ziyarət edib.
Mixeil Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Yaşar Gülər Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
13 May 2025 14:59
Serbiya parlamentinin sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
24 Sentyabr 2025 12:13
Belarus nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
18 Fevral 2025 14:20
SOMDA rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib FOTO
16 Mart 2026 17:36
Valentina Matviyenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib YENİLƏNİB FOTOLAR
17 Mart 2025 11:59
Baxış sayı:122
Bu xəbər 16 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















