Gürcüstan prezidenti prokurorluğa çağırıldı ZURABAŞVİLİ İSTİNTAQA GETMƏKDƏN İMTİNA EDİR
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Gürcüstan prezidenti Salome Zurabişvili son parlament seçkilərinin saxtalaşdırılması iddiaları ilə bağlı Baş Prokurorluğa çağırılıb.
Gununsesi.info–nun xəbərinə görə, prokurorluq prezidenti bu iddiasına görə dindirmək istəyib, amma Zurabaşvili istintaqa getməkdən imtina edib.
Bundan əvvəl o, 26 oktyabr seçkilərini qeyri-legitim hesab etdiyini, hakim “Gürcü arzusu” partiyasının qələbəsinin saxtalaşdırıldığını bildirib.
“Prokurorluğa məsləhət görərdim ki, işə başlasınlar və prezidentlə siyasi hesablaşmalardan çəkinsinlər. Prokurorluğa müraciət edirəm: siz xalqa hesabatlısınız, ictimaiyyət sizdən mənim sübutlarımı yox, təcili araşdırma tələb edir”, – Zurabişvili əlavə edib.
Afət Abbasova
Gununsesi.info
Baxış sayı:83
Bu xəbər 04 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















