Icma.az
close
up
RU
Gürcüstan Prezidenti Sahibə Qafarovanı qəbul edib

Gürcüstan Prezidenti Sahibə Qafarovanı qəbul edib

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Prezidenti Mixail Kavelaşvili tərəfindən qəbul edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.

Bildirilib ki, Prezident Kavelaşvili Orbeliani sarayında Azərbaycan nümayəndə heyətinin üzvlərini qəbul edib.

Görüş zamanı tərəflər iki ölkə arasında tarixən möhkəm dostluq münasibətlərini müzakirə edib, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətlərinə diqqət yetiriblər. Söhbət zamanı Ölkələr arasında müxtəlif beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşdə Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrə də toxunulub. Mixail Kavelaşvili bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir və bu prosesə bundan sonra da töhfə verməyə hazırdır.

Görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.

Gürcüstan Prezidenti Azərbaycan tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Mart 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see382

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see290

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see244

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see231

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see213

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see205

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see202

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see200

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see198

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see182

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see180

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see177

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see163

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see162

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see161

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see160

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see160

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see159

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri